• Bakı 21° C

    3.22 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Bəzi seçki dairələrinin tərkibi dəyişdirildi

SİYASƏT

12 Aprel 2023 | 19:54 | Müəllif: Subhan Mahmudov

Bəzi seçki dairələrinin tərkibi dəyişdirildi

Məzahir Pənahovun sədrliyi ilə aprelin 12-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən Bakıvaxtı.az-a bildiriblər ki, əvvəlcə Komissiyanın fevralın 6-da keçirilmiş iclasının protokolu təsdiq edilib. Sonra bir sıra seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunması məsələsinə baxılıb.

Aparılan müzakirələrdən sonra 9 saylı Binəqədi ikinci, 13 saylı Xəzər-Pirallahı, 61 saylı Neftçala, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir və 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

Beynəlxalq qurum və media orqanları nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026