• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Birinci sinfə qeydiyyat başladı - YENİLƏNİB

CƏMİYYƏT

04 May 2022 | 11:00 | Müəllif: Qalib İbrahimoğlu

Birinci sinfə qeydiyyat başladı - YENİLƏNİB

Birinci sinfə qeydiyyat prosesi başlanıb.

Bu barədə Bakıvaxtı.az-a Təhsil nazirliyindən bildirilib.

Bu gün saat 11.00-dan başlanan qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində başa çatacaq.

***

08:35

Bu gündən birinci sinfə qeydiyyat prosesi başlanılır.

Bu barədə Bakıvaxtı.az-a Təhsil Nazirliyindən bildirilib. Məlumata görə, saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

Qeyd edək ki, Azərbaycan bölməsi üzrə məktəb seçimi prosesinə isə mayın 6-dan başlanılacaq. Həmin tarixdən dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə də start veriləcək.

Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində başa çatacaq.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026