• Bakı 14° C

    1.14 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Netanyahu və Blinkenin birgə mətbuat konfransı oldu - YENİLƏNİB

DÜNYA

12 Oktyabr 2023 | 15:34

Netanyahu və Blinkenin birgə mətbuat konfransı oldu - YENİLƏNİB

İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ dövlət katibi Antoni Blinkenin Təl-Əvivdə təkbətək görüşündən sonra birgə mətbuat konfransı olub.

Bakıvaxtı.az bu barədə “The Times of Israel” nəşrinə istinadən xəbər verir.

Məlumata görə, daha sonra onların müdafiə naziri Yoav Gallant, Milli Birlik partiyasının lideri Benny Gantz və keçmiş Baş Qərargah rəisi MK Qadi Eisenkotun iştirak etdiyi fövqəladə birlik hökumətinin üzvləri ilə görüşü planlaşdırılır.

 

14:11

İsraildə səfərdə olan ABŞ-nin dövlət katibi Antoni Blinkenlə bu ölkənin Baş naziri Benyamin Netanyahu arasında görüş başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, danışıqlar Təl-Əvivdə yerləşən Kiriye iqamətgahında keçirilir.

Görüş İsrailin xarici işlər naziri Eli Koen, strateji planlaşdırma naziri Ron Dermer, İsrailin ABŞ-dakı, Birləşmiş Ştatların İsraildəki səfirləri və başqa məmurların iştirakı ilə genişləndrilmiş tərkibdə keçirilir.

Geniştərkibli danışıqlardan sonra A.Blineklə B.Netanyahu arasında təkbətək danışıqlar olacaq.

Bu görüşdən sonra birgə mətbuat konfransının olacağı gözlənilir.


Netanyahu və Blinkenin birgə mətbuat konfransı oldu - YENİLƏNİBNetanyahu və Blinkenin birgə mətbuat konfransı oldu - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026