• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İlk dəfə kainatın tam rəngli şəkilləri çəkilib

DÜNYA

11 Noyabr 2023 | 15:12 | Müəllif: Subhan Mahmudov

İlk dəfə kainatın tam rəngli şəkilləri çəkilib

Avropa Kosmik Agentliyinin (ESA) "Evklid" qrupu ilk dəfə kainatın yüksək dəqiqliklə çəkilən tamamilə rəngli şəkillərini paylaşıb.

Bakıvaxtı.az bildirir ki, çəkilən 5 foto təsvir ilə kosmosun heç zaman aşkarlanmayan tərəflərini nümayiş etdirmək üçün 3D xəritə hazırlamaq mümkün olacaq. Bundan başqa, hazırlanacaq bu xəritə ilə kainatın bunadək bizə gizli qalan bəzi sirlərini açmaq mümkün olacaq.

"Evklid" missiyasının əsas vəzifəsi qaranlıq maddə və enerjinin kainatımızı bizə necə göstərdiyini nümayiş etdirməkdir. Missiya qeyd edir ki, kosmosun 95 faizi bu sirli qaranlıq varlıqlardan ibarət olsa da, biz onları hələ ki, dərk edə bilmirik.

Qeyd edək ki, çəkilən bu fotoların əsasında "Evklid" qrupu yaxın 6 ildə daha böyük araşdırmalar aparacaq.

Onlar bu illər ərzində 10 milyard işıq ilinə qədər milyardlarla qalaktikanın formalarını, məsafələrini və hərəkətlərini müşahidə edəcək. Bununla da indiyə qədər hazırlanmış ən böyük kosmik 3D xəritə yaradılacaq./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026