• Bakı 11° C

    12.08 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Təbii qazı torbalarda daşıyırlar

DÜNYA

11 Dekabr 2023 | 14:04

Təbii qazı torbalarda daşıyırlar

Pakistanda təbii qaz illərdir yerli xalq tərəfindən hazırlanmış primitiv üsullarla istifadə olunur.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Pakistanda bir qəsəbədə səthə yaxın çıxan təbii qaz yerli xalqın inkişaf etdirdiyi üsullarla illərdir evlərdə istifadə olunur. Təbii qaz çıxarmaq üçün qazma yerinə şlanqlar, neftayırma zavodları yerinə daxmaların olduğu qəsəbədə təbii qaz milyardlarla dollarlıq boru kəmərləri yerinə 25 sentlik torbalarda daşınır.

Burada təbii qaz adi üsullarla geniş infrastruktur və qazma işləri ilə axtarılarkən deyil, tarlalarda təsadüfən tapılıb.

Yoxsulluğun geniş yayıldığı bu bölgədə insanlar öz şəhərlərindən gələn qazdan evlərində həyatları bahasına istifadə edirlər. İmkansızlıq ucbatından yerli əhali, hətta təbii qazın hasilatı, nəqli və ölçülməsi üçün ölçü vahidlərini inkişaf etdiriblər.

İnfrastrukturun olmadığı bölgədə təbii qaz neft emalı zavodlarından deyil, talvarlardan paylanır və boru kəmərləri yerinə torbalarda daşınır. Bu torbalar uşaqların əlində şar kimi görünsə də, əhalinin yemək bişirəcəyi qazdır.

Yerlilər “uçan şara” bənzəyən bu əyləncəli daşıma üsulunun təhlükəsindən xəbərdardır. Bu səbəbdən bölgədə əvvəllər də çoxlu ölüm və yaralanmalar baş verib. Lakin bahalıq və yoxsulluq ucbatından insanlar 5-10 min pakistan rupisi dəyərində olan mətbəx boruları əvəzinə, həyatları bahasına 70-80% ucuz olan “uçan şarlardan” istifadə etməyə üstünlük verirlər.

Ay Tac


Təbii qazı torbalarda daşıyırlarTəbii qazı torbalarda daşıyırlar
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026