• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

BMT-dən Bakı-İrəvan danışıqlarına REAKSİYA

DÜNYA

10 Iyul 2024 | 22:42 | Müəllif: Subhan Mahmudov

BMT-dən Bakı-İrəvan danışıqlarına REAKSİYA

Biz çox ümid edirik ki, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi öz bəhrəsini verəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Report-a açıqlamasında BMT Baş katibinin sözçüsü Stefan Düjarrik Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə baş tutan Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə üçtərəfli görüşü şərh edərkən deyib.

Düjarrik BMT Baş katibinin iki ölkə arasındakı normallaşma prosesini yüksək qiymətləndirdiyini deyib:

"Hesab edirəm ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması və bir sıra ikitərəfli məsələlərin həlli təkcə hər iki ölkə üçün deyil, bütövlükdə region üçün əhəmiyyətli təsirə malikdir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026