• Bakı 14° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Borrel Van İ ilə görüşdü - FOTO

DÜNYA

14 Iyul 2023 | 17:49

Borrel Van İ ilə görüşdü - FOTO

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının rəhbəri, Siyasi Büronun üzvü Van İ ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ali Nümayəndə Borrelin "Twitter" hesabında məlumat verilib.

"Direktor Van İ ilə Aİ-Çin münasibətlərinin məsuliyyətlə idarə olunmasına dair konstruktiv və hərtərəfli müzakirəmiz oldu. Mən Aİ-nin Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə son qoymasında Çinin rolu və humanitar yardımla bağlı gözləntilərini ifadə etdim.

Tayvan boğazında sabitliyin və status-kvonun qorunmasını da müzakirə etdik.

Tezliklə Pekində Strateji Dialoqun keçirilməsini və ümumi qlobal çağırışlar üzrə qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsini səbirsizliklə gözləyirik", - Borrel bildirib.

Qeyd edək ki, görüş Cakartada ASEAN ölkələrinin XİN rəhbərlərinin iclası çərçivəsində baş tutub.


Borrel Van İ ilə görüşdü - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026