• Bakı 19° C

    8.03 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

“Böyük qayıdış”: Görülən işlər Azərbaycanın güclü ölkə olduğunun göstəricisidir

LAYİHƏ

04 Noyabr 2022 | 10:58

“Böyük qayıdış”: Görülən işlər Azərbaycanın güclü ölkə olduğunun göstəricisidir

6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

Müstəqillik qazandıqdan sonra Azərbaycanın ən böyük uğuru işğal altında olan torpaqların azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunmasıdır. Məhz İkinci Qarabağ savaşı Azərbaycan Ordusunun qüdrətini, rəşadətini və şücaətini bütün dünyaya nümayiş etdirdi.

Azərbaycan zəfər yürüşü nəticəsində düşməni əzəli torpaqlarımızdan qovaraq BMT-nin qətnamələrini özü yerinə yetirməli oldu. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işlərinə start verilib və mühüm infrastruktur layihələri həyata keçirilir. Bu isə illərdir həsrətində olduğumuz “Böyük Qayıdış”a hesablanan böyük prosesdir.

Milli Məclisin deputatı Cavid Osmanov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev rəhbərliyi, ali baş komandanlığı və rəşadətli ordumuzun igidliyi ilə 44 günlük Vətən müharibəsində öz tarixinin ən parlaq qələbəsini qazanaraq 30 illik Ermənistanın işğalçılığıma son qoydu: “Əlbəttə, işğaldan azad olunmuş ərazilərə nəzər saldıqda biz gördük ki, burada Ermənistan, erməni vandalları tərəfindən dünya tarixində görünməmiş bir vandalizm aktı törədilib. Daş daş üstünə qoyulmamış, bütün evlər, mənzillər, sosial obyektlər tamamilə darmadağın edilmiş, sökülüb aparılmış, infrastruktur tamamilə məhv edilmiş, ümumilikdə, bu əraziləri tamamilə xarabalığa döndərmişdilər”. Onun sözlərinə görə, Azərbaycanın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi bitəndən dərhal sonra burada iki istiqamədə çox böyük, nəhəng işlər görülməyə başladı: “Birincisi onu qeyd edim ki, ilk növbədə təhlükəsizlik məsələləri həll olunmağa başladı. Ermənistan 30 il müddətində burada 1 milyondan çox mina basdırmış və çox təəssüf ki, bu günə kimi mina hadisəsi nəticəsində 260-dan çox vətəndaşımız müxtəlif xəsarətlər almış, 30-dan çox soydaşımız isə həyatını itirmişdir. Eyni zamanda, yeni hərbi birləşmələrin burada qərarlaşması ən proiritet vəzifədir, bu da suveren ərazilərimizin təhlükəsizliyi və qorunması baxımdan mühim bir addımdır”.

Cavid Osmanov: Aparılan genişmiqyaslı işlər böyük qayıdışa hədəflənmiş, misli görünməniş işlərdir

C.Osmanov qeyd edib ki, əlbəttə, digər bir istiqamət işğaldan azad olunmuş ərazilərdə böyük yenidənqurma və bərpa işlərinin həyata keçirilməsidir. Dediyinə görə, burada əsas vəzifə, 30 il müddətində öz ata yurdlarından didərgin düşmüş soydaşlarımızın öz evlərinə qayıtması və beləliklə, böyük qayıdışa istiqamətlənmiş mühüm bir yoldur:  “İlk növbədə, işğaldan azad olunmuş ərazilərin, şəhərlərin, yaşayış məntəqələrinin baş planlarının təstiqlənməsidir. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, biz bu əraziləri dünyanın ən müasir şəhər, kənd və qəsəbələri tikməklə öz ata-baba yurdlarından didərgin düşüb qayıdacaq insanları ləyaqətli həyatla təmin etməliyik. Artıq iki ildən bir az az müddət onu göstərdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən nəhəng və dünya tarixində heç vaxt olmayan böyük yenidənqurma və bərpa işləri aparması nəticəsində çox böyük işlər görülmüşdür. İlk növbədə, əlbəttə ki, infrastruktur layihələri qeyd etmək lazımdır. Bu ərazilərdə bu günə kimi heç vaxt olmayan yeni yolların çəkilməsi, mövcud yolların yenidən qurulması, bu yolların ən müasir standartlara cavab verməsi, kilometrlərlə uzunluqda tunellərin tikintisi, yüksək gərginlikli elektrik xətlərinin çəkilməsi, şəhər və kəndlərə elektrik xətlərinin çəkilməsi, qısa müddət ərzində çox mühim işlərin görülməsi, eyni zamanda, ölkə prezidenti tərəfindən bu ərazilərin “yaşıl zona” adlandırılması və bərpa olunan elektrik enerjisi istiqamətində müəyyən addımların atılması, su elektrik stansiyalarının bir neçəsinin qurulması çox vacib amillərdir”.

Deputat qeyd edib ki, digər bir tərəfdən, artıq 2 il müddətində gördük ki, Füzuli və Zəngilanda iki beynəlxalq hava limanının çox möhtəşəm tikintisi həyata keçirildi: “Xüsusi qeyd etməliyəm ki, bu hava limanları bütün növ təyyarələrin qəbulunu və uçuşunu həyata keçirmək üçün nəzərdə tutulub ki, bu da milli təhlükəsizliyimizin tərkib hissəsidir. Eyni zamanda, bu, işğaldan azad olunmuş ərazilərin yenidənqurması və təchizatında mühüm bir amildir. Nəzərə alsaq ki, bu ərazilərin çox böyük turizm potenialı var, gələcəkdə turistlərin bu ərazilərə daha rahat formada gəlib getməsində mühim rol oyanayacaq. Növbəti - 3-cü hava limanının tikintisi də həyata keçirilməkdədir. Əlbəttə, sosial obyektlərin də tikintisi burada mühim amillərdən biridir. Yeni məktəblərin, xəstəxanaların tikintisi, bütün bunlar buraya mərhələli şəkildə qayıdacaq insanların, xidmət edən hərbi nümayənlərin sağlamlığının qorunmasını təmin edir. Həmçinin Bakıda olan xidmətərin işğaldan azad edilmiş ərazilərdə də olması mühim amildir. Əlbəttə, tərkib hissəsi olaraq ən vacib istiqamət yaşayış məntəqələrinin tikintisidir. Biz artıq gördük ki, Ağalı kəndində 200-dən çox ailə böyük qayıdığın tərkib hissəsi olaraq bu ərazilərə qayıdıb. Ata-baba yurduna qayıtmış insanlar üçün ən müasir stansartlara cavab verən çox gözəl evlərin, mənzillərin tikilməsi, paylanması həyata keçirilməkdədir. Buraya qayıdan insanların məşğulluğunu təmid edən addımlar da atılır. Burada müxtəlif təyinatlı obyektkərin tikilib istifadəyə verilməsi buraya qayıdan vətəndaşlarımızın daimi iş yerlərinin olması baxımından mühim bir faktordur”.

C.Osmanovun sözlərinə görə, digər tərəfdən, tarixi, dini, mədəni obyektlərimizin erməni vandalları tərəfindən dağıdılıb. Onların da bərpası və yenidən qurulması istiqamətində çox mühüm işlər görülməkdədir.

“Xüsusi vurğulamaq istəyirəm ki, ölkəmizin Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu vasitəsilə çox böyük işlər görülür. Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən nəhəng yenidənqurma işləri Azərbaycanın nə qədər güclü ölkə olduğunun göstəricisidir. Burada aparılan genişmiqyaslı işlər böyük qayıdışa hədəflənmiş, misli görünməniş işlərdir”.

Aytac Aslan

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR

19 Aprel 2024