• Bakı 16° C

    6.69 m/s

  • USD - 1.7

    EUR - 1.8131

    RUB - 0.0182

 Şuşadan verilən Zəfər mesajları...

LAYİHƏ

11 Noyabr 2022 | 11:46

 Şuşadan verilən Zəfər mesajları...

6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

Xəbər verdiyimiz kimi, noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak ediblər. 

Dövlətimizin başçısı hərbçilər qarşısında çıxış edərək İkinci Qarabağ müharibəsinə kimi Ermənistanın işğalçılıq siyasətini ifşa edilməsindən, beynəlxalq müstəvidə çox fəal işin aparılmasından, həmçinin Ermənistanda müharibənin nəticələri ilə barışmaq istəməyən qüvvələrdən və Ermənistanın bəzi xarici havadarlarının Azərbaycana qarşı fəaliyyətindən və digər məsələlərdən danışdı, önəmli mesajlar verdi.

Prezidentin verdiyi mesajları şərh edən Milli Məclisin deputatı Azər Badamov Bakıvaxtı.az-a bildirib ki, Birinci Qarabağ müharibəsində Azərbaycanın torpaqları işğal olunsa da, ermənilər saxta informasiyalar yaymaqla ölkəmizi sanki işğalçı kimi təqdim etmişdi.

“Beynəlxalq ictimaiyyətin Azərbaycana baxışları da bir işğalçı ölkə münasibət kimi formalaşmışdı. Ölkəmizə qarşı ədalətsiz fikir formalaşmasının kökündə o vaxtlar hakimiyyətdə olan antimilli qüvvələrin, AXC-Müsavat cütlüyünün səriştəsizliyi və beynəlxalq informasiya məkanına çıxa bilməməsi dayanırdı. Təbii ki, beynəlxalq ictimaiyyətin baxışlarını ədalətin dəstəklənməsinə inandırmaq üçün sistemli şəkildə iş aparmaq və istiqamətlənmiş siyayasət yürütmək vacib olmuşdur.  Beynəlxalq siyasətin mahir diplomatı Prezident İlham Əliyev dünya ictimaiyyətin Azərbaycana baxışlarını dəyişdirdi. Aparıcı beynəlxalq təşkilatlar BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digərləri Azərbaycanın mövqeyini dəstəkləyən, yəni, haqq-ədaləti ifadə edən qərar və qətnamələr qəbul etdi.  Yardılmış beynəlxalq hüquqi zəmin II Qarabağ müharibəsində xarici təzyiqləri neytrallaşdırmaqla haqq işimizi görməyimizə imkan yaratdı”, -deyə deputat bildirib.

A.Badamov vurğulayıb ki, məhz ordumuzun yüksək səviyyədə hazırlığı və yaranmış beynəlxalq hüquqi zəmin 30 il işğal altında olmuş torpaqlarımızı 44 gündə azad etməyimizə və qələbə sevincimizi yaşamağımıza imkan verdi: “10 noyabrda Ermənistan kapitulyasiya sənədinə imza atmaqla öz məğlubiyyətini boynuna alaraq rəsmi şəkildə öhdəliklər götürdü. Təəssüf ki, Ermənistan 10 noyabrda imzalanmış Üçtərəfli Bəyanatın 4, 6 və 9-cu bəndlərini icra etməkdən boyun qaçırır və yenidən təxribatlara əl ataraq revanşizmi canlandırmağa çalışır. Amma Ermənistan unutmamalalıdır ki, Azərbaycanın Müzəffər Ordusu biu gün 44 günlük Vətən müharibəsində olduğundan daha güclüdür. Necə ki, müharibənin bitdiyi bu iki ildə təxribatların qarşısını almaq üçün həyata keçirdiyimiz, “Fərrux”, “Qisas” və 13-14 sentyabr əməliyyatlarında yenidən necə yumruq endirmişiksə, lazım gələrsə bu gün daha sərt şəkildə Dəmir Yumruqumuzu işə sala bilərək. Ölkə başçımızın Şuşada keçirilən tədbirdə səsləndirdiyi bu mesaj Ermənistan rəhbərliyininin ağılını başına qaytarmalıdır”.

Deputat bildirib ki, əgər Ermənistan hakimiyyəti xarici havadarlarına arxayınlaşaraq Azərbaycana qarşı yenidən təxribatlarını genişləndirərsə məhv olunacaqlar: “Xarici havadarların ermənilərə dayaq dayanması onlara olan istəkdən irəli gəlmir. Onların istəkləri Cənubi Qafqazda mövqe üzərində maraqlarından irəli gəlir, sabitlik və inkişafa qarşıdır. Prezident İlahm Əliyev Şuşada keçirilən tədbirdə belə dairələrin  cavabı hər zaman veriləcəyini deyərək qeyd etmişdir: “Düzdür, Ermənistanın bəzi xarici havadarları bizi nədəsə günahlandırmaq istəyirlər. Onların cavabını da mən vermişəm. Yenə də nəsə banlasalar, yenə də cavablarını verərəm. Bu, məni dayandırmaz. Amma fakt odur ki, biz öz haqqımızı tələb edirik və Azərbaycanın haqlı olması böyük beynəlxalq aktorlar tərəfindən sual altına qoyulmur.”  

Bəli, bu gün Azərbaycanın milli maraqlarını qoruya bilən, ədalətli səsini dünyaya qəbul etdirən, islam pərdəsi altında Ermənistana qucaq açan molla rejiminə sözünü deyən və ölkənin ərazi bütövlüyünü hər şeydən üstün tutan Böyük Lideri var. Əgər Azərbaycana hansısa bir xarici dairə xor baxmaq istəsə və Ermənistanı yenidən müharibəyə ruhlandırmaq istəsə, onların  cavabı da veriləcəkdir. Heç kəs yaddan çıxartmasın ki, “Dəmir yumruq” yerindədir".  

Məsələ ilə bağlı Milli Məclisin deputatı Müşfiq Cəfərov Bakıvaxtı.az-a bildirib ki, Zəfər bayramının ikinci ilini cənab prezident Şuşada öz qəhrəman ordusu ilə birgə qeyd etdi.

“Ali Baş Komandan 2 il ərzində demək olar ki, əksər əlamətdar günləri Qarabağda xalq və ordu ilə birgə keçirir. Bu da 44 günlük müharibə zamanı yaranmış xalq-ordu-dövlət birliyinin davamıdır. Cənab prezident Şuşadan çox vacib mesajlar səsləndirdi. Bu mesajlar həm Ermənistan hakimiyyəti, həm də onu müdafiə etməyə çalışan havadarlarına birbaşa ünvanlanmışdı. Bu gün regionda və dünyada böyük dəyişiklilklər gedir. Mən tam əminliklə deyə bilərəm ki, Ermənistan hakimiyyəti nə qədər çalışsa da, bu dəyişiklikləri Azərbaycanın iradəsi xaricində öz xeyrinə çevirə bilməyəcək”, - deyə M.Cəfərov bildirib.

Deputat qeyd edib ki, müharibə iki ildir bitib və sülhlə bağlı dayanmadan müxtəlif ölkələrin də vəsaitəçiliyilə görüşlər keçirilir: “Lakin Ermənistan rəhbərliyinin sabit qədəmsizliyi və qətiyyətsizliyi bütün prosesə zərbə vurur. Biz dəfələrlə qeyd etmişik ki, sülh bütövlükdə regionun inkişafı üçün yeganə şərtdir. Lakin Azərbaycanın güclənməsindən ehtiyat edən bir sıra xarici dövlətlər də sülhü gecikdirməyə çalışır, hətta deyərdim maneə olur. Bəs, bu gün davam etməkdə olan bu intriqa kimə lazımdır?

Bu birbaşa insanlığa qarşı cinayətdir. Çünki havadarlarının köməyinə arxalanan Ermənistan sərhəddə təxribatlar törədir, hərbçilərimiz yaralanır, sonuncu toqquşmada şəhidlərimiz oldu. Bunlar hər iki cəmiyyətə fayda vermiyəcək. Mən erməni xalqına da heyrət edirəm, həm düşdükləri vəziyyətdən narahatdırlar, həm də əsl səbəbkarları deyil Azərbaycanı günahlandırırlar. Özləri də yaxşı bilir ki, 30 il əvvəlki həqiqət nə idi. Bu gün xalq rəhbərliyi sülhə məcbur etməlidir. Başqa variantlar terrorçuluq, işğalçılıqdır.

İkinci Qarabağ müharibəsinə zəmini elə erməni hakimiyyəti hazırladı. Biz bu ötən 30 ildə həqiqətləri dünyaya çatdırmaq üçün beynəlxalq müstəvidə çox fəal iş aparırdıq. Aparıcı beynəlxalq təşkilatlar – BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası haqq-ədaləti ifadə edən qərar və qətnamələr qəbul etmişdir. Bu, çox önəmli beynəlxalq hüquqi zəmin idi ki, 44 gün müddətində biz bu zəminə əsaslandığımız dünyaya bəyan edə bildik”.

Ramid İbrahimov

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb   


SON XƏBƏRLƏR