• Bakı 22° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Fransa Azərbaycanın Cənubi Qafqazdakı yerini və rolunu qiymətləndirə bilmir

LAYİHƏ

02 Dekabr 2022 | 17:31

Fransa Azərbaycanın Cənubi Qafqazdakı yerini və rolunu qiymətləndirə bilmir

6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

Fransa Parlamentinin aşağı palatası - Milli Assambleya Azərbaycan əleyhinə bədnam qətnamə layihəsini müzakirəyə çıxarıb. Anti-Azərnaycan qətnamə layihəsi müzakirəyə çıxarılıb və yekdilliklə qəbul edilib. Səsvermədə iştirak edən 256 deputatın hamısı sənədin lehinə səs verib. Qeyd edək ki, bir müddət əvvəl Fransa Senatı da eyni addımı ataraq, Azərbaycana qarşı bədnam qətnamə layihəsi qəbul edib.

 

Cavid Osmanov:  Fransanın bu addımları bölgədə sülhün bərqərar olmasına mane olur

Məsələ ilə bağlı Milli Məclisin deputatı Cavid Osmanov Bakıvaxtı.az- bildirib ki, Fransa qərəzli siyasi aksiya təşkil edərək beynəlxalq hüquq və normalarına zidd olaraq Azərbaycanın ərazi bütövlünə zidd addım atıb. “Azərbaycan cəmiyyəti Fransa qanunverici orqanlarının qətnamələrini şiddətlə qınayır. Soyqırım, 30 illik işğal dövründə vandalizm aktları törətmiş-dini, mədəni və tarixi abidələri, imfrasturkturu, sosial obyektləri darmadığın edən Ermənistana qarşı hər hansı bir təzyiq göstərməyən Fransa BMT-nın Təhlükəsizlik Şurasının məlum qətnamələrin icrasına dəstək olmayıb, ikili standartlar siyasətini yürüdüb”.

Deputat qeyd edib ki,  Fransanın bu addımları bölgədə sülhün bərqərar olmasına mane olur, erməni şovist ideyalarına xidmət edir, revanşist və seperatçı qüvvələri daha da həvəsləndirir. Bir çox ölkələrdə soyqırımlar törədən Fransa qanunverici orqanlarının qəbul etdiyi qətnamələr kağız parçasından başqa bir şey deyil. Azərbaycan qalib və dünyada söz sahibinə çevrilmiş ölkədir.

Fatma Yıldırım: Fransa Milli Assambleyasının qəbul etdiyi sənəd ikili standartların təzahürüdür

Milli Məclisin deputatı Fatma Yıldırım Bakıvaxtı.az-a bildirib ki, Fransa Milli Assambleyasının qəbul etdiyi sənəd ikili standartların təzahürüdür. “Bununla da, Fransa beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizliyini davam etdirir. Dünyanın müxtəlif bölgələrində 50-dən artıq dövlətin ərazisini işğal etmiş, sərvətlərini talamış, xalqlarını uzun illər əsarətdə saxlamış Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri bəşər tarixinin qara səhifələridir”.

Onun sözlərinə görə, uzun illər ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olmuş Fransa 44 günlük Vətən müharibəsi dövründə ermənipərəst siyasətini tam açıq nümayiş etdirməyə başlayıb: “Fransa prezidenti Emmanuel Makron hərbi əməliyyatların dayandırılması, Azərbaycana qarşı beynəlxalq rəy formalaşdırılması və cəza tədbirləri həyata keçirilməsi məqsədilə ciddi səylər göstərdi. Təbii ki, Fransanın anti-Azərbaycan və Ermənistanı müdafiə etmək cəhdləri heç bir nəticə vermədi. Əslində, Minsk qrupunun həmsədri kimi Fransa münaqişənin sülh yolu ilə həllinə çalışmadığı kimi, bu qərəzli addımı ilə bütün dünyaya göstərdi ki, yaxşı ki, Azərbaycanın lideri İlham Əliyevin qətiyyətli iradəsi sayəsində BMT Təhlükəsizlik Şurasının qətnamələrini özümüz icra etmişik. Əgər biz öz gücümüzə torpaqlarımızı işğaldan azad etməsəydik, Vətən müharibəsinə qədər vasitəçilik maskası taxan Fransa münaqişənin uzadılmasına, Ermənistanın xeyrinə həll olunmasına çalışacaqdı”, - deyə Fatma Yıldırım bildirib.

Millət vəkili noyabrın 30-da Fransa Milli Assambleyasında qəbul edilən qətnaməni ermənipərəst və anti-azərbaycan mövqeyinin ifadəsi kimi dəyərləndirib. Onun fikrincə, bu qətnamənin qəbul olunması Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünə və beynəlxalq hüququn əsas prinsiplərinə açıq hörmətsizlik deməkdir: “Onu da qeyd edim ki, Azərbaycan Milli Məclisi atrıq məsələyə öz münasibətini bildirib. Milli Məclisin açıqlamasında vurğulandığı kimi, bu gün Fransanın hakimiyyət orqanlarının, o cümlədən parlamentin hər iki palatasının təxribatçı addımları Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin həyata keçməsinə, münasibətlərin normallaşmasına zərbə vurur, qonşu dövlətlərə qarşı ərazi iddiaları üzərində qurulan erməni şovinist ideologiyasının məqsədlərinə xidmət edir, revanşist və təcavüzkar separatçı qüvvələri həvəsləndirir, regionu yeni təhlükələrə yönləndirir. Populist siyasi baxışlar əsasında Fransanın daxili siyasi gündəliyi və müxtəlif lobbi dairələrinin maraqlarının Cənubi Qafqaz regionuna daşınması qəbuledilməzdir”.

Azər Badamov:  Fransanın qərəzli qətnamələri ölkəmiz üçün dəyəri olmayan kağız parçalarıdır

Milli Məclisin deputatı Azər Badamov Bakıvaxtı.az-a bildirib ki, Fransa Milli Assambleyasının və Senatın qəbul etdiyi qərəzli qətnamələr ölkəmiz üçün heç bir dəyəri olmayan kağız parçalarıdır. “Çünki bu, reallığa söykənmir və beynəlxalq hüququn tələblərindən uzaqdır. Qəbul olunan qətnamələr Prezident Emmanuel Makronun və Fransanın erməni sevgisinə əsaslanmış ədalətsiz və riyakar siyasətinin bariz nümunələridir. Fransa Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına ən böyük maneədir. Fransanın davranışlarından belə nəticəyə gəlmək olar ki, bu dövlətin iştirakı ilə Cənubi Qafqazda heç vaxt sülh yaranmayacaq”.

Deputat bildirib ki, qətnamədə cəzasızlığa qarşı mübarizə üçün Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etməsi təklif olunur: “Anlamaq olmur ki, Fransanın Milli Assambleyasının deputatları hansı cəzasızlıqdan danışırlar. Məlum məsələdir ki, Fransa deputatları bu saxta sənədlə işğalçı Ermənistanın azərbaycanlılara qarşı 30 ildə törətdikləri hərbi cinayətləri ört basdır etmək istəyir. Fransanın özü 100 illər ərzində törətdiyi cinayətlərə görə cəzasız qaldığına görə Azərbaycana qarşı belə qərəzli saxta sənədlər qəbul edir. Görəsən Fransalı deputatlar öz saxta əməllərinə görə, heç olmasa bir az vicdan əzabı çəkirlərmi? Hesab edirəm yox. Çünki, Fransanın ölkəmizə qarşı qərəzli mövqeyi beynəlxalq hüququn işləməməsindən irəli gəlir. Bu gün beynəlxalq hüquq və ədalət güclü olanın tərəfindədir. Təbii ki, Azərbaycan öz gücünü döyüş meydanında sübuta yetirərək tarixi ədaləti bərpa edib. Bu gün isə yanımızda NATO-nun ikinci ən güclü ordusuna malik Türkiyə dayanıb. Bu o deməkdir ki, güc yenə Azərbaycandadır və lazım olarsa, ölkəmiz gələcəkdə də beynəlxalq hüququn işləməsini və ədalətin bərpasını təmin edəcək”,- deyə A.Badamov bildirib.

Ramin Məmmədov:  Fransa həmişə ölkəmizlə bağlı daim qərəzli mövqedən çıxış edib

Milli Məclisin deputatı Ramin Məmmədov Bakıvaxtı.az-a bildirib ki, Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamə bu ölkənin uzun müddətdir ki, Azərbaycana qarşı nümayiş etdirdiyi qərəzli mövqenin davam etdiyini göstərir. “Xatırladım ki, Vətən müharibəsindən sonra Fransa parlamenti Azərbaycanın əleyhinə iki qətnamə qəbul etmişdi. Eyni zamanda, Fransa 44 günlük müharibə dövründə, eləcə də sonrakı mərhələdə ölkəmizlə bağlı daim qərəzli mövqedən çıxış edib. İkinci Qarabağ müharibəsi regionda yeni reallıqlar formalaşdırıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı şanlı zəfər Cənubi Qafqazdada təhlükəsizlik formatının əhəmiyyətli dərəcədə yenilənməsinə səbəb olub. Belə görünür ki, Fransa bu yeni konfiqurasiyadan narahatdır. Fransanın uzun müddət ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olmasına baxmayaraq, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı heç vaxt beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirməyib. Təəssüf ki, Fransa Azərbaycanın Cənubi Qafqazdakı yerini və rolunu, Avropanın enerji təhlükəsizliyinə verdiyi dəyərli töhfələri qiymətləndirə bilmir, yaxud bunu sadəcə istəmir. Bu baxımdan, ikitərəfli münasibətlərdə yaranan etimadsızlığın səbəbkarı məhz Fransadır. Artıq Fransanın Cənubi Qafqazda gedən proseslərə ciddi təsir imkanlarının olmayacaq. Çünki regionun aparıcı dövləti olan Azərbaycana qarşı atılmış addımlar, qəbul edilmiş qeyri-obyektiv qərarlar bu ölkənin bölgədə iqtisadi və siyasi təsir imkanlarının da məhdudlaşmasına səbəb olacaq”,-deyə R.Məmmədov bildirib.

Bəhruz Məhərrəmov:  İlham Əliyev bölgənin əsl sahibinin kim olduğunu fransızlara qəbul etdirib

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Bakıvaxtı.az-a bildirib ki, terror dövləti Fransa anti-Azərbaycan ritorikası ilə Fransa "dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı" başda olmaqla beynəlxalq hüququn ən azı 5 prinsipinə açıq şəkildə pozdu. “Belə olan halda Fransanın BMT Təhlükəsizlik Şurasını daimi üzvü kimi qalması təşkilatın özünün məramına ziddir və bütövlükdə BMT-nin sonrakı fəaliyyətinə olan qlobal etimadı sual altına qoyur. Rəsmən terror saçan, dünyada separatizmi təşfiq edən bir dövlətin bəşəri təhlükəsizlik məsələsində söz sahibi olması qlobal təhdid deməkdir. Azərbaycan Prezidenti də məhz bu situasiyanı rəhbər tutaraq, Parisin istənilən formada danışıqlarda vasitəçi olması ehtimalını rədd etmişdi və bir daha cənab İlham Əliyevin Fransanın qərəzli və vicdansız mövqeyinin sülh prosesinə mane ola biləcəyi ehtimallarında nə qədər haqlı olduğunu gördük. Ermənilərin bu gün Fransa siyasətində həlledici gücü də sadəcə boş mifdir. Fransada nə qədər erməni seçici var ki? Erməni lobisi ən yaxşı halda Marsel bələdiyyəsinin seçkilərində hansısa formada təsirli ola bilər. Ona görə, Parisin məqsədləri daha fərqli müstəvidə araşdırılmalıdır. Fransa neo-imperializm niyyətini Qafqazda canlandırmaq fikrinə düşüb və bölgədə isə Parisin mürtəce siyasəti önündə ən ciddi maneə iqtisadi və siyasi cəhətdən tam müstəqil olan Azərbaycandır”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev bütün dünya dövlətləri, o cümlədən də Fransa ilə əməkdaşlığı təşfiq edən açıq siyasi kurs yürüdür və bu kurs hər bir tərəfdaşdan bərabərhüquqlu münasibətlər, suverenliyimizə və Azərbaycanın milli maraqlarına hörmət edilməsini tələb edir. Əlbəttə, Afrikada Asiyada ağa kimi davranmağı adət etmiş Paris üçün arzuedilən deyil, amma Fransa nə edə bilir? “Fransa qətnamələrlə faktiki olaraq edə biləcəyinin maksimumunu etdi. Çünki Prezident İlham Əliyev elə bir siyasi-diplomatik konfiqurasiyaya nail olub ki, Paris bölgədə Azərbaycanla hərbi dildə danışa bilməz, beynəlxalq təşkilatlar çərçivəsində isə Azərbaycana hücum cəhdləri güclü tərəfdaşlıqlarımız fonunda ard-arda fiaskoya uğramaqdadır”.

Onun sözlərinə görə, eyni zamanda, Fransanın insan haqları amili fonunda Azərbaycana ənənəvi səlib yürüşünün də biabırcı formada sonuclandığının şahidi olmaqdayıq: ” Ərəb Liqasının iclasında Qoşulmama Hərəkatının sədri kimi cənab İlham Əliyev Fransanın soyqırım törətmiş cinayətkar kimi əsl simasını ifşa etməklə, bu ölkənin insan haqlarından danışa biləcək sonuncu dövlət olduğunu qlobal müstəvidə sübut etdi. Fransanın təşfiqi ilə ölkə daxilində uğursuz aksiya cəhdləri biabırçılıqla sonuclandı. Bu mənada ard-arda fiaskolardan sonra Parisin əvvəlki ampulasında davam edə biləcəyi inandırıcı deyil və hesab edirəm ki, Fransanın dəyişmiş ritorikasına şahidlik edəcəyimiz gün uzaqda deyil”.

B.Məhərrəmov bildirib ki, Prezident İlham Əliyev Paris üçün ağrılı da olsa bölgənin əsl sahibinin kim olduğunu fransızlara qəbul etdirib: “Təsadüfi deyil ki, Fransa xarici işlər nazirliyinin nümayəndələri artıq Parlamentin mövqeyinin Fransanın xarici siyasət kursunu ehtiva etmədiyini bəyan etdi. Amma Azərbaycan boş sözlər, vədlər üçün vaxtı olmayan kifayət qədər ciddi beynəlxalq oyunçudur və istənilən addıma münasibətdə adekvat cavab verməkdə davam edəcək. Proseslərin gedişində isə heç şübhəsiz ki, uduzan Fransa və fransızlardır. Bilirsiniz ki, Sovetlər Birliyi dağıldıqdan sonra Fransa Cənubi Qafqazda fəal siyasi oyunçulardan və iqtisadi tərəfdaşlarıdan biri kimi çıxış edir, iqtisadi maraqlarını yüksək səviyyədə təmin edirdi. Bölgənin siyasi və iqtisadi, Vətən müharibəsindən sonra isə həm də hərbi gücü kimi özünü təsdiq edən Azərbaycan Paris üçün iqtisadi-ticari tərəfdaşlığın əsas həlqəsi idi. İndi Fransanın nümayiş etdirdiyi mövqe ilk növbədə Fransanın Cənubi Qafqazdakı iqtisadi maraqlarına zərbə oldu. Xüsusən də Cənubi Qafqazın, konkret olaraq Azərbaycanın zəfərindən sonra yeni dünya reallığında artan imkan və mövqeyi, bölgənin tranzit haba çevrilməsi fonunda Fransa çox ciddi imkanlardan məhrum etmiş oldu və müəyyən dövrdən sonra əgər Fransada hansısa prqamatik bir qüvvə hakimiyyətə gələrsə, elə Parisin özünün maraqları naminə Makron rejimindən mütləq bu səbatsılığın hesabını soruşacaq”.

Ramid İbrahimov

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR