• Bakı 16° C

    3.3 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Bu aksiyalar dövlətimizin Qarabağ məsələsindəki maraqları ilə üst-üstə düşür

LAYİHƏ

16 Dekabr 2022 | 15:27

Bu aksiyalar dövlətimizin Qarabağ məsələsindəki maraqları ilə üst-üstə düşür

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi

İctimai və dövlət maraqlarının qorunması hər bir cəmiyyətin başlıca məqsədlərindən biridir. Çünki hər iki amil bütöv bir toplum üçün həyati əhəmiyyət kəsb edir. Bu baxımdan, ictimai və dövlət maraqlarının müdafiəsi məsələləri daim aktuallığını qoruyur.

İctimai maraqlar hər bir cəmiyyəti təşkil edən fərdlərin rifahının ifadə olunduğu, individual mahiyyəti ümumi anlayışa yönləndirən və çoxluğun marağını üstün sayan bir anlayışdır. Bu anlayışın tanınması, təbliği və müdafiəsi hökumət və onun strukturları tərəfindən sığortalanır. Lakin müasir cəmiyyətlərdə bu məfhum daha geniş və çoxşaxəli anlam kəsb etməklə dövlət-vətəndaş münasibətlərinə birbaşa təsir gücünə malikdir. İctimai maraq fərdi maraq anlayışı ilə əlaqələndirilməməlidir. İctimai maraqları tənzimləyən və müdafiə edən məhz dövlətdir. Müxtəlif ictimai birliklər, qeyri-hökumət təşkilatları hüquqi imkanlarla ictimai maraqların müdafiə edilməsini gerçəkləşdirirlər. Buraya ictimai və dövlət maraqlarının müxtəlif aspektlərinə dair hüquqi bazanın təkmilləşdirilməsi, monitorinqi və s. məsələlər daxildir.

Bu gün dünyada baş verən siyasi-iqtisadi proseslər, geosiyasi dəyişikliklər, qloballaşma kimi amillər dövlət və ictimai maraqların mahiyyəti və təmin olunması ilə bağlı ortaya real çağırışlar qoyur. Dövlət və ictimai maraqlar arasında qarşılıqlı münasibət və ya bunların hansının daha üstün olması ilə bağlı fərqli siyasi düşüncələr, yanaşmalar var.

Ona görə də ictimai-dövlət maraqlarının ön planda saxlanması çox aktual məsələ kimi qarşımızda dayanır. İctimai maraqlar cəmiyyətin hər bir təbəqəsinin rəyini əks etdirir. Bu gün ictimai maraq dövlətçilik şüurunun daha da güclü inkişaf etdirilməsi, cəmiyyətə aşılanmasını tələb edir. İctimai maraq dedikdə bütünlükdə cəmiyyət, yaxud cəmiyyətin müxtəlif sosial qrupları tərəfindən ortaq hesab etdiyi maraq və mənafelər başa düşülür. İctimai maraqlarla fərdi və qrup maraqlarının uzlaşdırılması mədəniyyətinin təşəkkül tapması hər bir toplum üçün vacib amillərdən və harmonik inkişafın əsas şərtlərindən biridir. Amma müasir dövrün şərtləri, qloballaşma dövlət və ictimai maraqların təmin olunması istiqamətində yeni vəziyyət yaratmaqla yanaşı, yeni yanaşma tələb edir.

Qeyd edək ki, hazırda Şuşa-Xankəndi yolunda eko-aktivistlər tərəfindən başladılan aksiya hələ də davam edir.

Ədalət Verdiyev: Dövlət maraqları baxımından, Qarabağ məsələsi, azərbaycanlıların doğma yurd-yuvalarına qayıdışı mövzusu milli məsələdir

Hərbi ekspert Ədalət Verdiyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Şuşa-Xankəndi yolunda keçirilən aksiya dövlət tədbiri deyil: “Bu sırf ictimai və eko fəalların öz təşəbbüsləri ilə təşkil etdiyi bir aksiyadır. Amma dövlət maraqları baxımından, təbii ki, Qarabağ məsələsi azərbaycanlıların tarixi və doğma yurd-yuvalarına qayıdışı mövzusu milli məsələdir. Bu məsələdə həm dövlətimiz, həm də vətəndaşımız fəal əməkdaşlıq edirlər. Bu, hamımızın milli məsələsidir. Və bu məsələdə xalq dövlət ilə birlikdədir. Bu aksiyalar Azərbaycan dövlətinin Qarabağ məsələsindəki maraqları ilə tam üst üstə düşür”.

Ə.Verdiyev qeyd edib ki, bu aksiyalar azərbaycanlıların Qarabağa, Xankəndinə, Xocalıya, Ağdərəyə qayıdışının təmin olunmasına yönəlib: “Azərbaycanın təbii sərvətləri daşınmamalı, bu təbii sərvətlərin daşınması hesabına əldə olunan gəlirlər vasitəsilə silahlar alınıb Azərbaycan əsgərinə qarşı yönəlməməlidir. Azərbaycanın ərazi bütövlüyünə təhdid, təhlükə yaradan seperatçı rejimlər rus sülhməramlıları tərəfindən dəsdəklənməməlidir. Onlar layiq olduqları cəzaya çatmaq üçün Azərbaycan tərəfinə təhvil verilməlidirlər. Bizim fəalların bu aksiyalarda nümayiş etdirdiyi fədakarlıq, birmənalı olaraq, Azərbaycanın dövlət maraqlarına tamamilə uyğundur. Eyni zamanda, bu, bizim milli maraqlarımızı da ifadə edir. Odur ki, həm ictimaiyyət, həm də dövlət rəsmiləri tərəfindən bu aksiyalara dəstək verilməsi normal qarşılanmalıdır”.

Rey Kərimoğlu: Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ərazilərdə suverenliyin tam təmin edilməsi deməkdir

“Qarabağ Qaziləri” ictimai Birliyinin mətbuat katibi Rey Kərimoğlu Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ərazilərdə suverenliyin tam təmin edilməsi deməkdir: “Bu baxımdan, dövlət maraqları təmin edilir. Bu, həm də Azərbaycan sərvətlərinin ermənilər tərəfindən talanmasının qarşısının alınmasına çağırışdır”.

Onun spzlərinə görə, artıq bütün dünyanın burda baş verənlərdən məlumatı var. Müsahibimiz vurğulayıb ki, Ermənistan yalan məlumatlar yayır: “Təbii ki, yayma səbəbi Fransa, Rusiya kimi havadarları onlara dəstək versinlər. Ermənistan məlumat yayıb ki, guya Azərbaycan yolu bağlayıb. İki gündür mən ərazidəyəm, Azərbaycan tərəf heç bir yolu bağlamayıb. Azərbaycan dövləti onun ərazisində təbii ehtiyatları istismar edən ermənilərin vurduğu ziyanı öyrənmək üçün əraziyə monitorinq göndərmək istəyir”.

R.Kərimoğlu qeyd edib ki, ermənilər bunu istəmir: “Ruslar bizim eko-aktivistləri əraziyə buraxmır, ona görə gərginlik yaşandı. Azərbaycan QHT-ləri də ekoloqlara dəstək göstərdi. Sülhməramlılara dedilər ki, Xankəndinə hamını buraxırsınız, bizi niyə buraxmırsınəz? Ruslar buraxmadı və yolu bağladılar. İndi hay-küy salıblar ki, guya biz yolu bağlamışıq. Aksiyada iştirak edən hər kəs orada növbəli şəkildə keşik çəkirlər ki, yolumuzdan çəkilin, öz ərazimizə gedək. General Volkov da buna heç bir reaksiya vermir. Aksiyaçıların tələbi odur ki, Volkov gəlsin, bu məsələyə reaksiya versin”.

Aytac Aslan

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR