• Bakı 21° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

MEDİA hədəfdə olan işləri planlı həyata keçirir

LAYİHƏ

14 Yanvar 2023 | 15:13

MEDİA hədəfdə olan işləri planlı həyata keçirir

6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Bu həftə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) 2 yaşı qeyd oldundu.

MEDİA Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə yaradılıb. Agentliyin yaranma məqsədi medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətinə yönəlib.

MEDİA-nın 2 illiyinə həsr olunmuş tədbirdən

Yanvarın 12-də Medianın İnkişaf Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun iştirakı ilə Medianın İnkişafı Agentliyinin 2022-ci ilin yekunlarına dair hesabat konfransı keçirilib, görülən işlər barədə məlumat verilib.

Maraqlıdır, Medianın İnkişafı Agentliyinin 2 illik fəaliyyətini necə qiymətləndirmək olar?

Bakıvaxtı.az məsələ ilə bağlı media təşkilatlarının və media subyektlərinin nümayəndələrinin fikirlərini öyrənib.

***

Yadigar Məmmədli

Azərbaycan Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Bakıvaxtı.az-a bildirib ki, Medianın İnkişafı Agentliyinin 2 illik fəaliyyətini kifayət qədər yüksək qiymətləndirmək olar: “Yanvarın 12-də MEDİA-nın 2 yaşının tamam olması qeyd olundu. Bu münasibətilə hesabat konfransı keçirildi və tədbirdə MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov ötən iki il ərzində görülən işlərlə bağlı məlumat verdi. Belə baxanda, iki il böyük müddət deyil. Amma sadalayanda çoxlu işlərin görülüb və bu işlər medianın inkişafında müstəsna hadisələrdir”.

O qeyd edib ki, media sahəsində görülən işlərdən biri də müasir çağırışlara cavab verən qanunvericiliyin qəbul edilməsi oldu: “Peşəkar səviyyədə görülən işlərdən birincisi “Media haqqında” qanunun layihəsinin hazırlanması və qəbul olunmasıdır. Bildiyiniz kimi, bu proses uzun çəkdi. Qanun layihəsi demək olar ki, bütün media qurumlarında, həmçinin ekspertlər tərəfindən və Milli Məclisdə dəfələrlə müzakirə olundu. Nəhayət, medianın inkişafı ilə bağlı müasir çağırışları özündə əks etdirən mühüm və çox əhatəli qanun qəbul edildi. “Media haqqında” qanun əvvəllər qüvvədə olan “KİV haqqında” qanunda olmayan məsələləri əhatə edir. Burada ənənəvi media ilə yanaşı sosial media ilə bağlı maddələr var. Media sahəsi inkişaf edib, sosial şəbəkələrin və internet kanalları böyük icləyici kütləsi yaranıb. “Media haqqında” qanun media sahələri arasında sərhədin müəyyən edilməsində və tənzimlənməsində mühim əhəmiyyətə malikdir. Bu qanuna əsasən media reyestri məsələsi gündəmə gəldi. Bu məsələ ilə bağlı əsassız və məğzinə varılmadan deyilən iradlar vardır. Media reyestri qadağalar və məhdudiyyətlər üçün yaradılmayıb. Burada əsas məsələ normal mənzərə yaratmaqdır. Medianın nüfuzunun qaldırılması, kimin kim olduğunu ortaya qoymaq üçün bir platformadır. Bu qanunun tətbiqi nəticəsində çox ilklərə imza atıldı”.

QHT sədri MEDİA-nın yüksək səviyyədə gördüyü digər işləri də xatırladıb: “Qəzetlərin fəaliyyətinə stimul vermək üçün “E-köşk” abunə və satış platforması yaradılıb. Bildiyiniz kimi, bütün dünyada gedən proseslər Azərbaycandan da yan keçməyib. Qəzetlərin trajı aşağı düşüb. Qəzet medianın əsasıdır. Odur ki, çap mediasının yaşaması üçün dövlətin himayəsi və maliyyəsi var. Bu siyasət də MEDİA tərəfindən çox uğurla həyata keçirilir. Xatırlayaq ki, ölkənin bütün sahələrində aparılan reformalar və islahatların fonunda Medianın İnkişafı Agentliyi yarandı və bu qurum yarandığı gündən üzərinə düşən missiyanı uğurla həyata keçirildi və icra sahəsində xeyli işlər görüldü. Bu işlər bizim doğru yolda olduğumuzu göstərdi. Dövlət başçısının bu sahədə etimadını qazanmaq üçün yüksək səviyyədə işlər görülür. MEDİA-nın təşkilatçılığı və dəstəyi ilə media subyektlərinin nümayəndələri üçün keçirilən təlimlər, bununla bağlı tədbirlər və peşəkarlığın artırılması üçün keçirilən görüşlər bir məqsədə xidmət edir. Bu da Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Azərbaycan mətbuatı peşəkar olmalıdır. MEDİA hədəfdə olan işləri planlı olaraq həyata keçirir. Hələ qarşıda görülməli çoxlu işlər var. Mən jurnalist təşkilatının rəhbəri kimi bu işləri dəstəkləyirəm və MEDİA-ya uğurlar arzulayıram. Bu uğurlar-medianın inkişafı istiqamətində görülən bütün işlərdə biz iştirak etməliyik. Qeyri-hökumət təşkilatı olan media qurumları çiynini bu yükün altına verməlidir. Medianın inkişafı həm də vətəndaş cəmiyyətinin inkkşafına və nüfuzumuzun artmasına xidmət edəcək”.

***

Yeganə Hacıyeva

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yeganə Hacıyeva Bakıvaxtı.az-a bildirib ki, media islahatlarının əsas vəzifələrindən biri rəqabətqabiliyyətli, azad, inkişaf etmiş ictimai cəmiyyətə malik siyasi sistemin qurulmasında iştirak etməkdir: “Media cəmiyyətin həyatında mühüm hadisələr haqqında müxtəlif və etibarlı məlumatların əldə olunması, tirajlanması və s. funksiyası ilə eyni zamanda hakimiyyətlə cəmiyyət arasında dialoq üçün platforma rolunu oynayır, həmçinin azad və müstəqil media təkcə siyasi inkişafa deyil, həm də iqtisadi inkişafa töhfə verir. “Media jaqqənda” qanunu sadaladığımız nüanslar üzərindən ölkədə təkmilləşən demokratikləşmə prosesinin mövcud mərhələsində mütərəqqi qanun kimi dəyərləndirməliyik. Çünki yeni media qanunu müvafiq qanunvericiliyi təkmilləşdirilməsi və institusional inkşafı ilə paralel ölkədə kütləvi informasiya vasitələri sistemini yenidən qurulması prosesini təşviq edir. Yeni media sistemində islahatların aparılması üçün hərtərəfli strategiyanın formalaşdırılması istiqamətində ilk addımdır, onsuz tam demokratik keçid mümkün deyil. Media islahatlarının əsas vəzifələri rəqabətqabiliyyətli və vətəndaşların iştirakına açıq siyasi sistemin qurulması və cəmiyyət quruculuğunun inkişafına yardım edəcək azad və müstəqil medianın yaradılması və inkişaf etdirilməsidir. Məhz azad və müstəqil media mühüm hadisələr haqqında qərəzsiz və etibarlı məlumat paylaşmaqla, eyni zamanda hakimiyyətlə cəmiyyət arasında dialoq platforması rolunu oynayır”.

Y.Hacıyevanın sözlərinə görə, yeni media sisteminin tam formalaşması və media islahatlarının tam miqyasda aparması üçün 2 il yetərincə zaman müddəti deyil: “Agentliyin irəlidəki mərhələlərdə həll etməli olduğu məsələlər var. Azərbaycanda medianın yeni hüquqi aktlarla tənzimlənməsi, media subyektlərinin professionallıq və media savadlılığının yüksəldilməsi üçün informasiya və maarifləndirici aktivlərin həyata keçirilməsi, kütləvi informasiya vasitələrinin işinə vətəndaş nəzarəti mexanizmlərinin yaradılması və s. kimi proseslərin davam edəcək”.

***

İradə Sarıyeva

“Bakı Xəbər” qəzetinin əməkdaşı İradə Sarıyeva Bakıvaxtı.az-a bildirib ki, o MEDİA-nın təşkil etdiyi bir neçə təlimdə iştirak edib. “Media savadlılığı və təcrübə olsa da, bu təlimlərə ehtiyac var. Təlimlərdə öyrəndiyimizi işimizdə tətbiq edirik. Bu təlimlərin bir müsbət tərəfi də odur ki, yaşlı və gənc həmkarların görüşməsi və müzakirə aparması üçün gözəl imkandır. Bəli, həmkarların bir-birilə təcrübəsini bölüşməsi və əlaqələrin qurulması baxımından da bu tədbirlər əhəmiyyətlidir. MEDİA-nın dəvəti ilə ölkəmizə gələn əcnəbi mütəxəssislər təlimlərdə bizimlə təcrübələrini bölüşür və dünyanın trendlərilə tanış oluruq. Odur ki, MEDİA-nın təşkilatçılığı keçirilən tədbirlərə-təlimlərə olduqca vacibdir. Medianın İnkişafı Agentıiyinin hesabat konfransında bu qurumun İcraçı direktoru Əhməd İsmayılov bildirdi ki, onlayn təlimlərin keçirilməsi də nəzərdə tutulub. Bu qərarı da yüksək qiymətləndirib, uğurlar arzulayıram”, - deyə İ.Sarıyeva bildirib.

***

Qafar Ağayev

1news.az xəbər saytının əməkdaşı Qafar Ağayevin Bakıvaxtı.az-a dediyinə görə, MEDİA-nın qurumlarla birgə keçirdiyi təlimlər jurnalistlərin bilik və bacarıqlarının inkişaf etməsi baxımından çox önəmlidir. “İştirak etdiyim təlimlərdə hər dəfə yeni bir informasiya əldə etmişəm, bilmədiklərimi öyrənmişəm. Bəzən yazdıqlarımızla sahədə müəyyən detalları bilmirik, bu da yazının düzgün tamamlanmamasına gətirib çıxarır. Təlimdə öyrədikdən sonra sahə üzrə mütəxəssisə öz dilində sual veririk, bu da onun sualı ətraflı cavablandırmasına səbəb olur, bilir ki, qarşısındakı da bu sahə ilə bağlı məlumatlıdır”.

Həmkarımız hesab edir ki, belə təlimlərim sayını artırmaq lazımdır: “2 il ərzində bir çox təlimlərdə iştirak etmişəm, qısa müddət ərzində həmin sahə ilə bilməkdiklərimizi öyrənmişik, bəzən isə bəzi bildiklərimizin yanlış olduğunu görmüşük. Dövlət və özəl qurumlar öz sahələri üzrə media nümayəndələri üçün müntəzəm təlimlər keçirməlidir ki, jurnalistlərimiz daha da peşəkar olsun”.

“Eyni zamanda media qurumları da öz əməkdaşlarını təlimlərə göndərməkdə maraqlı olmalıdır, nəzərə almalıdırlar ki, təlimdə iştirak edən jurnalist öyrəndiklərini öz yazılarında istifadə edəcək”, - deyə Q.Ağayev əlavə edib.

Ramid İbrahimov 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR