• Bakı 10° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

BŞTİ-də yeni sektor yaradıldı

CƏMİYYƏT

02 Mart 2023 | 17:37

BŞTİ-də yeni sektor yaradıldı

Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) optimallaşdırma istiqamətində görülən tədbirlər çərçivəsində struktur dəyişikliyi aparılıb.

Bakıvaxtı.az -ın məlumatına görə, BŞTİ-dən  bildirilib ki, dəyişikliyin əsas məqsədi BŞTİ-nin fəaliyyətində səmərəliliyin artırılması və idarəetmədə müasir yanaşmaların tətbiqinin təmin olunmasından ibarətdir.

Yeni struktura uyğun olaraq bəzi sektorlar fəaliyyət dairəsinin uyğunluğu nəzərə alınaraq birləşdirilib. Belə ki, Ümumi sektor və Hüquq sektoru birləşərək Hüquq, kargüzarlıq və vətəndaşlarla iş sektoru, Təminat və təchizat sektoru ilə Təsərrüfat sektoru birləşərək Təminat, təchizat və təsərrüfat sektoru adlandırılıb. Həmçinin Məktəbəqədər təhsilin təşkili sektoru yaradılıb, bəzi sektorların isə adları dəyişib.

Qeyd edək ki, BŞTİ 10 sektordan, Təlimə Dəstək Mərkəzindən, 6 xidmət və əməliyyat mərkəzindən ibarətdir. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026