• Bakı 20° C

    1.62 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Bu avtobusların hərəkət sxemi dəyişdirilir

CƏMİYYƏT

31 Avqust 2022 | 18:54 | Müəllif: Subhan Mahmudov

Bu avtobusların hərəkət sxemi dəyişdirilir

1 sentyabr saat 00:00-dan 22:00-dək Tbilisi prospektinin Abbasqulu Ağa Bakıxanov küçəsindən Akademik Həsən Əliyev küçəsinə qədər olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar, nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BNA məlumat yayıb.

Bildirilib ki, tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 5 müntəzəm marşrutun (2, 37, 52, 65 və 79 nömrəli) hərəkət sxemi alternativ küçələrlə (İnşaatçılar pr., Ə.Haqverdiyev küç., Ş.Mehdiyev küç., A.Bakıxanov küç.) təşkil ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026