• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Səbuhi Abbasov ATƏT-də şəhid jurnalistlərdən danışdı 

CƏMİYYƏT

30 Sentyabr 2022 | 17:36 | Müəllif: Qalib İbrahimoğlu

Səbuhi Abbasov ATƏT-də şəhid jurnalistlərdən danışdı

Xəbər verdiyimiz kimi, Polşanın paytaxtı Varşavada "ATƏT-in İnsani Dəyərlərin Qiymətləndirilməsi Konfransı" keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, konfransda ATƏT üzvü olan ölkələrin nümayəndələri - səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edirlər. 

Tədbirdə iştirak edən ASGA sədri, 7NEWS.az saytının baş redaktoru Səbuhi Abbasov Azərbaycanda həyata keçirilən media islahatlarəndan danışıb. Bildirib ki, son dönəmlər formalaşmış yeni reallıqlar çərçivəsində Azərbaycanda informasiya mühitinin qorunması, əhalinin düzgün və obyektiv informasiya əldə edə bilməsi mediada islahatların aparılmasını daha da surətləndirib.: "Bununla əlaqədar ötən il Prezident "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzaladı. Həmin Fərmana əsasən yaradılmış Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan mediasının qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, öncül texnologiyaların geniş tətbiqi kimi əhəmiyyətli fəaliyyət istiqamətlərinin özündə birləşdirir".

S.Abbasov bir neçə gün öncə isə Prezident İlham Əliyevin imzaladığı Fərmanla "Media Reyestrinin aparılması Qaydaları”nı təsdiqlədiyini xatırladıb, Onun sözlərinə görə, bütün bu islahatlar dünyada media ilə bağlı yeni modeli formalaşdıra bilər.

Daha sonra jurnalistərin təhlükəsizliyi ilə bağlı həssas məsələyə toxunan S.Abbasov qeyd edib ki, 30 ildən sonra Azərbaycan öz torpaqlarını erməni işğalından azad etdi: "Lakin minalanmış əraziləri həm də jurnalistlərin təhlükəsiz fəaliyyətinə geniş maneələr törədir. Təəssüf hissi ilə qeyd edim ki, 4 iyun 2021-ci il tarixində işğaldan azad edilmiş Kəlbəcərin Susuzluq kəndinə çəkiliş aparmağa gedən jurnalistlər - AzTV-nin operatoru Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı, Məhərrəm İbrahimov xidməti vəzifələrini yerinə yetirərkən şəhid olublar. Bu dəhşətli hadisə qlobal media adına böyük faciədir".

O, beynəlxalq birliyi bu faciəyə görə Ermənistana qarşı tədbir görməyə, mina xəritələrinin qısa zamanda Azərbaycana verməsini təmin etməyə çağırıb: "Əks halda belə faciələr qaçılmaz olacaq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026