• Bakı 25° C

    0.55 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Bakıda oğurlanan tələbə intihar edib? - DİN-dən AÇIQLAMA

CƏMİYYƏT

30 Oktyabr 2022 | 16:29 | Müəllif: Subhan Mahmudov

Bakıda oğurlanan tələbə intihar edib? - DİN-dən AÇIQLAMA

Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Dillər Universitetinin (ADU) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) yaxınlığında bir nəfərin tələbələrə yaxınlaşaraq pul istəməsi barədə görüntülər yayılıb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, iddiaya görə, həmin şəxs bir müddət əvvəl ADPU-nun xanım tələbələrindən birini oğurlayıb. Sonradan sərbəst buraxılan tələbə bir neçə gün sonra intihar edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılmış görüntülərdən məlumatlıdırlar.

Hazırda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026