• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Yeniyetmənin ayaqlarının sınması ilə bağlı araşdırma aparılır 

CƏMİYYƏT

29 Noyabr 2022 | 13:02

Yeniyetmənin ayaqlarının sınması ilə bağlı araşdırma aparılır

Noyabrın 27-də Goranboy rayon Polis Şöbəsinə rayonun Qaradağlı kənd sakini, 15 yaşlı H. Əliyevin hər iki ayağının sınığı xəsarəti alaraq Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilməsi barədə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Bakıvaxtı.az-a bildirib ki, məlumatla əlaqədar polis əməkdaşları dərhal azyaşlını ziyarət ediblər. H. Əliyev və valideynləri izahatlarında kənd ərazisində yıxıldığını bildirib: “Sosial şəbəkələrdə yayılan iddialar ilə bağlı araşdırmalar başlanılıb nəticəsi barədə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, sosial şəbəkədə Goranboy rayonun icra başçısı Məhərrəm Quliyevin köməkçisi Ülvi Əliyevin bir neçə gün öncə həmkəndlisi olan yeniyetməni maşınla vurduğu bildirilib.

Məlumata görə, yeniyetmənin hər iki ayağı sınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR