Rusiyanın Krasnodar diyarının Mirnıy kəndində su basmış həyətyanı sahələr və evlərin sayı 192-yə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi xəbər yayıb.
Məlumata görə, 70-ə yaxın insan hazırda müvəqqəti məskunlaşma mərkəzlərindədir.
Qeyd edək ki, daha öncə, mətbuat xidməti 150-yə yaxın ev və həyətyanı sahələrin su altında qalması, 54 nəfərin müvəqqəti məskunlaşma mərkəzlərinə yerləşdirilməsi barədə məlumat vermişdi.


jpg-1688990989.jpg)












