• Bakı 22° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

 Bu məhsullar bahalaşıb - SİYAHI

CƏMİYYƏT

16 Mart 2021 | 09:40

Bu məhsullar bahalaşıb - SİYAHI

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum olub.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, peçenyenin, vaflinin, toyuq ətinin, təzə və dondurulmuş balığın, südün, yoqurtun, xamanın, kəsmiyin, pendirin, yumurtanın, kərə və bitki yağlarının, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, xurmanın, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, balqabağın, bibərin, badımcanın, kartofun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, şokolad məmulatlarının, çayın, kola içkisinin, meyvə şirəsinin, arağın qiymətində baş verib.

Ucuzlaşma isə əsasən mal və qoyun ətinin qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026