• Bakı C

    4.35 m/s

  • USD - 1.7

    EUR - 1.77

    RUB - 1.7128

Bu məlumatlar da dövlət sirri hesab olunacaq - FƏRMAN

CƏMİYYƏT

23 Yanvar 2025 | 19:33

Bu məlumatlar da dövlət sirri hesab olunacaq - FƏRMAN

“Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda dəyişiklik edilib. 

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman verib. 

Fərmana əsasən,  “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nın IV hissəsinin 17-ci bəndinin “Dövlət sirrinə aid edilən məlumatlar” sütunu aşağıdakı redaksiyada veriləcək:

“17. Dövlət müdafiə sifarişi planlarını (tapşırıqlarını), silah, hərbi texnika və digər hərbi məhsulların buraxılmasını və göndərilməsini (pul və ya natura ifadəsində), istehsal həcmini, onların buraxılışının istehsal gücünü açıqlayan məlumatlar. Müəssisələr (istehsalçı) tərəfindən silah, hərbi texnika və digər hərbi məhsulların işlənib hazırlanması, istehsalı (istehsalının dislokasiyası), ixracı, satışı, habelə onların istehsalının, ixracının, satışının təşkili barədə, eləcə də həmin müəssisələrin (istehsalçının) qeyd olunanlarla bağlı kooperasiya üzrə əlaqələri və onların maliyyə hesabatları haqqında məlumatlar”.


SON XƏBƏRLƏR

23 Yanvar 2025