• Bakı 8° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Bu meyvələr beyni daim sağlam saxlayır

CƏMİYYƏT

12 Avqust 2024 | 01:00 | Müəllif: Subhan Mahmudov

Bu meyvələr beyni daim sağlam saxlayır

Aparılan elmi araşdırmalar qidalanma və beyin sağlamlığı arasında əlaqəni danılmaz edib. Çoxlu tədqiqatlar göstərir ki, meyvələr, tərəvəzlər, bitki zülalları və balıqlarla zəngin bir pəhriz demensiya riskini azaldır.

Bakıvaxtı.az xəbər verir ki, meyvələr antioksidantlardan əlavə, beynin özünü qidalandırması üçün lazım olan digər faydalı maddələri, xüsusən də karbohidratları özündə ehtiva edir.

Beyin üçün faydalı meyvələr sırasında qaragilə və üzüm var ki, bunlar da antioksidant mənbəyidir. Araşdırmalar qırmızı üzümün daimi qəbul edilməsinin beyinin fəaliyyətini gücləndirdiyini göstərir.

Eyni zamanda, gündə bir banan yeməyin beyin üçün faydalı olduğu bildirilir - bu, həm də bağırsaqlar üçün faydalıdır.

Sitrus meyvələri də beyin üçün faydalıdır. Məsələn, portağallarda çoxlu C vitamini var ki, bu da təcrübədən göründüyü kimi yaddaşı yaxşılaşdırmağa kömək edir./metbuat.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026