• Bakı 8° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

DYP-dən bu yolla bağlı sürücülərə XƏBƏRDARLIQ

CƏMİYYƏT

10 Sentyabr 2024 | 16:41

DYP-dən bu yolla bağlı sürücülərə XƏBƏRDARLIQ

DİNin Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 55,3-cü kilometrində elektron tərəzi sisteminin quraşdırılması ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.

Qurumdan Bakıvaxtı.az-a daxil olan məlumata görə, xəbərdarlıqda deyilir:

    "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 55,3-cü kilometrində (Cəngi ərazisi) elektron tərəzi sisteminin quraşdırılması ilə əlaqədar bu gündən başlayaraq təqribən 2 ay müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq kənardankeçmə yolu ilə təşkil ediləcək.

    Baş Dövlət Yol Polisi İdarəsi hərəkətin təşkilində ediləcək dəyişiklikləri nəzərə alaraq, sürücülərdən yolun sözügedən hissəsində daha diqqətli olmağı, müvəqqəti yol nişanlarının tələblərinə qeyri-şərtsiz əməl etməyi, özlərinin, digər hərəkət iştirakçılarının və tikinti briqadalarında çalışanların həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərdən çəkinməyi xahiş edir".


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    16 Noyabr 2026