• Bakı 12° C

    7.64 m/s

  • USD - 1.7

    EUR - 1.8255

    RUB - 0.0174

Dünyanın ən güclü universitetləri:  Heç ilk 1000-likdə də yoxuq - Yaxın 30-59 ildə...

CƏMİYYƏT

10 Oktyabr 2024 | 15:35

Dünyanın ən güclü universitetləri:  Heç ilk 1000-likdə də yoxuq - Yaxın 30-59 ildə...

 "Times Higher Education" reytinqinin 2025-ci il məlumatlarına görə, Azərbaycan universitetləri qlobal akademik reytinqdə ilk 1000-likdə və ya daha yüksək mövqelərdə yer almayıb.

Ən yüksək nəticə göstərən universitetlər əsasən ABŞ, Böyük Britaniya və Çin kimi ölkələrdə olan universitetlərdir. Məsələn, Oksford Universiteti yenidən birinci yerdədir və ABŞ-dən MIT ikinci sıraya yüksəlib.

Azərbaycan universitetlərinin qlobal səviyyədə tanınmasına və rəqabətə davamlı olmasına hansı amillər mane olur?

Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, Azərbaycan universitetlərinin hələ də dünyanın ən yaxşı universitetləri siyahısında qərarlaşmaması çox təəssüf doğuran və üzücü prosesdir:

"2011-ci ildə açıqlanan reytinq cədvəlində Bakı Dövlət Universiteti 1952-ci yerdə idi. Ola bilər ki, hazırda siyahıda bir qədər irəli gəlmişik. Ancaq yenə də göstərici çox acınacaqlıdır. Nəyə görə Azərbaycanın bir universiteti belə dünyanın ən güclü universiteti sırasında deyil?! Axı biz bunu çoxdan bacarmalı idik. Çalışmalıyıq ki, yaxın illərdə universitetlərimiz, heç olmasa, ilk 1000-lik siyahısında yer alsın. Ölkəmiz ali təhsilin potensialına, təhsilə yanaşmasına və tələbələrin intellektual səviyyəsinə görə Qazaxıstandan, Özbəkistandan geri qalmamalıdır. Təəssüf ki, hazırda çox geridəyik".

Müsahibimizin fikrincə, universitetlərimizin dünya reytinqinə düşə bilməməsinə bir neçə amillər təsir edir. Ən vacibi budur ki, Azərbaycan reytinq cədvəlinə düşmək üçün lazımi meyarlar arasında olmayan detallara daha çox diqqət ayırır. Bizə reytinq balı verən meyarlar isə kənara qoyulur. Bu, çox incə bir məsələdir.

"Bu gün dünya təhsili elə inkişaf edir ki, hər dəqiqə nələrsə dəyişilir. Həmin dəyişikliklər universitetlərin proqramlarında özünün müsbət həllini tapır. Yəni, tələblərə cavablar özünü gecikdirmir. Türkiyə kimi nəhəng təhsil ölkəsində ilk 100-lüyə cəmi 1-2 universitet düşüb. Həmçinin ilk 500-lüyə düşən universitetlərin sayı uzağı ikidir. Buna qonşu Rusiyanı da misal göstərmək olar. Qazaxıstan ali təhsili son illərin ən güclü təhsil inkişaflarından biri hesab olunur. Buna baxmayaraq, Qazaxıstanın 4 universiteti ilk 500-lükdə var".

Elmir Nuri: Ali təhsilin potensialına, tələbələrin intellektual səviyyəsinə çox geridəyik

E.Nuri hesab edir ki, yaxın 30-50 il ərzində universitetlərimizin ilk 100-lüyə düşmək şansı yoxdur:

"Düzdür, universitetlərimiz araşdırma edirlər, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin bazasında olan sayğaclar müəyyən hesablamalar aparır, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi bu istiqamət üzrə maarrifləndirici seminarlar təşkil edir. Lakin biz bu gün reytinq cədvəllərinin konkret tələblərinə uyğun addım atmalıyıq. Hələ ki, bu istiqamətimiz çox zəifdir. Elə reytinq cədvəli var ki, universitetə reytinq balı vermək üçün təhsil müəssisəsinin infrastrukturunu tələb edir. Bura super şəraitli kampusların olması, həmin kampuslarda tələbələrin böyük əksəriyyətinin yerləşdirilməsi üçün yataqxanaların olması, texnoparklar və xüsusi tədqiqat mərkəzləri olmalıdır. Bu detallara görə reytinq cədvəlində irəliləyə bilmirik".

Gülşən Şərif


SON XƏBƏRLƏR

11 Noyabr 2024