• Bakı 15° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Kral qardaşı Endryunun hərbi titullarını da alır

DÜNYA

02 Noyabr 2025 | 18:12 | Müəllif: Subhan Mahmudov

Kral qardaşı Endryunun hərbi titullarını da alır

Britaniya Kralı III Çarlzın qardaşı, keçmiş şahzadə Endryu indi də hərbi titullarından məhrum edilir. Onun vitse-admiral fəxri rütbəsi də alınır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Britaniya müdafiə naziri Con Hili deyib.

“Nazirlər onun kral titulundan məhrum edilməsi və Kral Lojasından qovulması qərarı verildikdən sonra onu hərbi-dəniz şərəfindən məhrum etmək üçün kralla birlikdə çalışırlar”, - nazir bildirib.

Qeyd edək ki, Britaniya Kralı III Çarlz qardaşı Şahzadə Endryunun “Şahzadə” titulunu və fəxri adlarını rəsmi qaydada ləğv etmək prosesinə başlamışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026