Maldiv adalarında 2007-ci il və sonrakı illərdə doğulan şəxslər üçün siqaretdən istifadə etməməklə bağlı qadağa tətbiq edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.
Yeni qaydaya əsasən, 2007-ci il yanvarın 1-də və ondan sonra doğulmuş şəxslərə Maldiv adalarında tütün məmulatları almaq və ya ondan istifadə etmək qadağan edilib. Hətta satıcılardan tütün məhsulları satmazdan öncə yaş yoxlaması da tələb olunacaq.
Bildirilib ki, qərar ölkəyə gələn turistlərə də şamil edilib. Belə ki, yaşından asılı olmayaraq elektron siqaretlərin və tütün məhsullarının satışı və istifadəsi qadağan olunacaq.
Qeyd edək ki, Maldiv adaları tütünə nəsil qadağası tətbiq edən yeganə ölkədir./axar
Bakı 


