• Bakı 14° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

Amerikalıdır, gədəbəylilər kimi saz çalır - VİDEO

CƏMİYYƏT

02 Noyabr 2025 | 23:16

Amerikalıdır, gədəbəylilər kimi saz çalır - VİDEO

Amerikalı Marta Lavri illər öncə magistratura təhsili almaq üçün Bakıya gəlib.

Bakıvaxtı.az xəbər verir ki, Marta o illərdə Bakıda bir gədəbəyli ailəsində yaşayıb.

Azərbaycanca danışmağı da, saz ifa etməyi də elə onlardan öyrənib:

“O ailə mənə o qədər doğma gəldi ki, özümü evdə kimi hiss etdim. Orada xəstələndim, Mirvari “mama” deyəsən, qızılgül mürəbbəsi ilə çay gətirmişdi. Hiss etdim ki, anamın sevgisi var o evdə”.

Marta hər yay həmin ailə ilə birgə Gədəbəyə gedib orada dincələrmiş. Deyir ki, sazla ilk tanışlığı Gədəbəydəki toyların birində olub:

“Televiziyada aşıqlara baxanda xoşuma gəlirdi. İstəyirdim o cür oxumağı mən də öyrənim. Amma mənim üçün bir az çətin idi. “Bu yerlərdə qalardım” şeirini əzbərləmişəm. Hər dəfə onu oxuyanda kövrəlirdim, çünki belə hiss edib, Gədəbəy haqda fikirləşirdim”.

Ətraflı İTV-nin reportajında:

 

 


SON XƏBƏRLƏR

02 Noyabr 2025
01 Noyabr 2025