• Bakı 11° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

Zaxarova Paşinyanın türklərlə bağlı çıxışına cavab verdi

DÜNYA

02 Noyabr 2025 | 19:23

Zaxarova Paşinyanın türklərlə bağlı çıxışına cavab verdi

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın türklərlə bağlı səsləndirdiyi fikirlərə cavab verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, Teleqram hesabında paylaşım edib.

Belə ki, Ermənistanın Baş naziri Nikol Paşinyan türklərlə bağlı formalaşmış stereotiplərin Rusiya tərəfindən yaradıldığını bildirib.

“Biz deyirik ki, “türk heç vaxt dəyişmir”, türklərin də ermənilər haqqında eyni fikri var. Biz “azərbaycanlıya necə etibar etmək olar?”’ deyirik, onlar da “erməniyə necə etibar etmək olar?” deyirlər. KQB agentləri tərəfindən formalaşdırılmış dünyagörüşündən azad olmalıyıq”, – deyə o qeyd edib.

Zaxarova isə KQB-nin (SSRİ Dövlət Təhlükəsizlik Komitəsi) yalnız 1954-cü ildə, Osmanlı İmperiyasında “erməni soyqırımı”ndan təxminən 40 il sonra yaradıldığını xatırladıb və bu cür ittihamların əsassız olduğunu deyib.

“Osmanlı İmperiyasında “erməni soyqırımı” 1915-ci ildə, KQB-nin yaradılmasından təxminən 40 il əvvəl başlayıb”, – o vurğulayıb./Globalinfo.az


SON XƏBƏRLƏR

02 Noyabr 2025
01 Noyabr 2025