Laçın rayonunun Qorçu kəndi ərazisində 17 min 200 ədəd (göyrüş, vələs, fıstıq, akasiya) ağac əkilib və bu istiqamətdə işlər davam etdirilir.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Qarabağ layihələri üzrə mühəndisi Əyyub Hüseynov Laçın şəhərində keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupunun iclasında söyləyib.
Onun sözlərinə görə, kənd ərazisində, ümumilikdə, 366 min 630 ağacın əkilməsi nəzərdə tutulub.