• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakının məşhur məktəbinə direktor TƏYİN EDİLDİ - FOTO

CƏMİYYƏT

10 Oktyabr 2024 | 15:15

Bakının məşhur məktəbinə direktor TƏYİN EDİLDİ - FOTO

Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksinə yeni direktor təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə Aygün Mikayılova gətirilib.

Aygün Mikayılova əvvəllər Heydər Əliyev adına Müasir Təhsil Kompleksi və Bakı Avropa Liseyində direktor vəzifəsində çalışıb.

Məlumatı məktəbdən saytımıza verilən açıqlamada təsdiq ediblər.

Qeyd edək ki, Aygün Mikayılova 1973-cü ildə Bakıda anadan olub. O, Azərbaycan dili və ədəbiyyat müəllimidir.

Xatırladaq ki, məktəbin əvvəlki direktoru Sara Xanlarova bir müddət əvvəl çalışmanın yaş həddinə çatma səbəbi ilə əmək fəaliyyətini başa vurub.

Respublikanın Əməkdar müəllimi Prezident İlham Əliyevin sərəncamı ilə təhsilin inkişafında xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.

Qeyd edək ki, Bakının mərkəzində yerləşən 132-134 nömrəli Təhsil Kompleksində 2700-dən çox şagird təhsil alır. Məktəb Bakının ən qədim təhsil müəssisələrindən biridir.


Bakının məşhur məktəbinə direktor TƏYİN EDİLDİ - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026