• Bakı 13° C

    7.25 m/s

  • USD - 1.7

    EUR - 1.9576

    RUB - 2.1644

Bu miqrantların yaşamaq icazəsi ləğv edilir

CƏMİYYƏT

25 Noyabr 2025 | 14:56

Bu miqrantların yaşamaq icazəsi ləğv edilir

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda onlara Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, bu hal yüksəkixtisaslı miqrantlara şamil edilmir.

Həmçinin bildirilib ki, 2025-ci ilin oktyabr ayı ərzində 8694 müvəqqəti yaşama icazəsinin alınması (uzadılması), 407 daimi yaşama icazəsinin alınması (uzadılması) ilə bağlı müraciət daxil olub.


SON XƏBƏRLƏR