• Bakı 10° C

    10.41 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bu ölkə "Referendum"u dəstəklədi

DÜNYA

04 Oktyabr 2022 | 09:53

Bu ölkə "Referendum"u dəstəklədi

Şimali Koreya hakimiyyəti DXR, LXR,  Zaporojye və Xerson vilayətlərində Rusiyaya birləşməklə bağlı referendumun nəticələrini dəstəkləyib.

Bakıvaxtı.az  TASS-a  istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

KXDR-in Beynəlxalq Təşkilatlar Departamentinin rəhbəri Ço Çol-su “Biz Rusiya ilə birləşmək istəyən sakinlərin iradəsinə hörmət edirik və Rusiya hökumətinin bu bölgələri ölkənin bir hissəsi etmək mövqeyini dəstəkləyirik”, - deyib. 

O, referendumların BMT Nizamnaməsinə uyğun keçirildiyini diqqətə çatdırıb.

Donetsk və Luqansk Xalq Respublikalarında, eləcə də Xerson və Zaporojye vilayətlərində sentyabrın 23-dən 27-dək Rusiyanın tərkibinə daxil olmaq üçün referendum keçirilib.

Sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putin və yuxarıda qeyd olunan regionların rəhbərləri Rusiya Federasiyasına daxil olmaq haqqında sazişlər imzalayıblar.

Bəzi Qərb ölkələri referendumlara görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Rusiya Xarici İşlər Nazirliyi Donbass, Xerson və Zaporojye vilayətlərinin respublikalarının Rusiya Federasiyasının tərkibinə daxil olması ilə bağlı referendumların beynəlxalq hüquq normalarına tam uyğun şəkildə keçirildiyini qeyd edib. /Unikal


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026