Xəbər verdiyimiz kimi, Tailandda 13-18 yaş arası yeniyetmələrdə vaksinasiyadan sonra nəticələr açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, uşaqlara Pfizer peyvəndi vurulub. Eksperimentdə peyvənd olunanların 3-də birinin ürəyində problem yarandığı məlum olub. Tamamilə sağlam yeniyetmələrdə COVID-19-a qarşı aparılan vaksinasiya onların çoxunun sağlamlığında fəsad yaradıb. Məlumatda miokarditlə Pfizer vaksini arasında təsirin olduğu bildirilir. Vaksinə qədər bu uşaqlar ürəkdən şikayətlənməyib, lakin ilk dozadan sonra 2 qrupda taxikardiya, təzyiq yüksəlməsi və təngnəfəslik halları olub. 300 uşaq üzərində aparılan araşdırma göstərib ki, 29% pasiyentlərdə perikardit, miokardit, mieperikardit simptomları yaranıb. 18%-də isə ikinci dozadan sonra ürəyin EKQ çəkimi qəribə mənzərə verib.
İnfeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a bildirib ki, çox maraqlı məsələdir. Onun sözlərinə görə, indiyənə qədər Avropada uşaqlar üstündə araşdırmalar aparılsa da, belə bir nəticə alınmayıb: “Əslində, məntiqlə düşünəndə də düz gəlmir, niyə belə bir problem yaratsın? Əgər uşaqlarda müəyyən problem varsa, daha da artıra bilər. Amma tam sağlam uşaqlar üzərində ürək problemi yaratması maraqlı məsələdir, araşdırılmalıdır. Görünür, tərkibində hər hansı bir proptein, lipoprotein var və təsirini göstərir”.
İnfeksionist qeyd edib ki, əgər həqiqətən də, bu faizdə yan təsirlər törədirsə, ciddi rəqəmlərdir, uşaqlar üzərində istifadə etmək doğru deyil: “Yenə deyirəm, daha əvvəl də bununla bağlı Avropada araşdırmalar aparılıb. Həmin araşdırmalarda ürək problemi bundan xeyli dərəcədə az idi. Vaksinin hansı komponentlərinin ürək problemi yaratdığı ilə bağlı araşdırma aparılmalıdır”.
M.Əliyevin sözlərinə görə, bu araşdırma çox böyük deyil: “Araşdırmanın obyektiv aparılıb-aparılmamasına baxılmalıdır. Söhbət araşdıranların qəsdən belə nəticə çıxarmasından getmir. Uşaqların hansı formada seçildiyi də daxil olmaqla bir neçə məsələyə baxılmalıdır. Obyektiv araşdırmadısa, təbii ki, ortaya yeni bir məlumat qoyur, dəqiqləşdirilməsinə ehtiyac var”.
Aytac Aslan










jpg-1663768297.webp)


jpg-1663740478.webp)


