• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bu şəxslər eksternat imtahan verəcək

CƏMİYYƏT

22 Dekabr 2021 | 10:51 | Müəllif: Qalib İbrahimoğlu

Bu şəxslər eksternat imtahan verəcək

Əvvəlki illərdə paytaxtdakı ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə bitirə bilməyən şəxslər üçün eksternat qaydasında aralıq imtahanları üçün onlayn sənəd qəbulu başa çatıb.

Bu barədə Bakıvaxtı.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Verilən məlumata görə, eksternat imtahanlarında iştirak etmək üçün [email protected] elektron poçt ünvanına 1 238 müraciət daxil olub.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə aralıq imtahanlarında uğur qazandıqdan sonra buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Eksternat təhsilalma forması üzrə aralıq imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

Əlavə sualı olan vətəndaşlar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-0) zəng etməklə məlumat ala bilərlər.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026