• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

12 yaşlı məktəbli itkin düşüb - FOTO

CƏMİYYƏT

20 Yanvar 2022 | 22:45 | Müəllif: Subhan Mahmudov

12 yaşlı məktəbli itkin düşüb - FOTO

Neftçalada 12 yaşlı məktəbli itkin düşüb.

Bakıvaxtı.az xəbər verir ki, rayonun Mayak kənd sakini R.Lətifov yanvarın 19-u saat 18 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin Şirvan Regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov APA-ya bildirib ki, Neftçala rayonu 1-ci Mayak kənd sakini Günel Lətifova yanvarın 20-də Rayon Polis Şöbəsinə müraciət edərək, dünən saat 18:00 radələrində oğlu, 2006-cı il təvəllüdlü R.Lətifovun yaşadıqları evdən çıxması və bir daha geri qayıtmaması barədə məlumat verib.

Daxil olan məlumat üzrə axtarış elan olunub. Hazırda itkin düşmə faktı ilə əlaqədar əməliyyat-axtarış tədbirləri davam etdirilir.(apa)


12 yaşlı məktəbli itkin düşüb - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR