• Bakı 24° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Budaqların "gizlətdiyi" işıqforlar - VİDEO

CƏMİYYƏT

10 Iyun 2024 | 17:55

Budaqların "gizlətdiyi" işıqforlar - VİDEO

Ağacların yarpaqlamağı təbiət üçün faydalı olsa da, bəzi ərazilərdə sürücülər üçün təhlükə saçır.

Bakıvaxtı.az xəbər verir ki, Xezerxeber.az-ın məlumatına görə, paytaxt küçələrində ağac budaqlarının arasında gizlənən yol nişanlarına rast gəlinir.

Bu nişanları rahatlıqla görmək mümkün deyil. Xüsusilə də işıqforları. Bu isə sürücülərə müəyyən çətinliklər yaradır.

Yolda hərəkət edən zaman işıqforu görməyən sürücülər hərəkətə davam edərək yolayrıcına girdiklərini və bununla da həm özlərini, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atdıqlarını vurğulayırlar.

Məsələ ilə əlaqədar Bakı Şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, yol nişanlarının qarşısını örtən ağaclarla bağlı, balansdaşıyıcı tərəfindən birliyə müraciət olunmalıdır.

Həmin müraciət əsasında budanma işləri həyata keçirilir.

Lakin onu da nəzərə almaq lazımdır ki, ağac budaqlarının artması daimi proses olduğundan qurum tərəfindən də mütəmadi monitorinqlər keçirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026