• Bakı 25° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8646

    RUB - 0.0179

İqlim dəyişikliyi sağlamlığımıza necə təsir edir? - AÇIQLAMA

CƏMİYYƏT

10 Iyul 2024 | 16:33

İqlim dəyişikliyi sağlamlığımıza necə təsir edir? - AÇIQLAMA

Son illər dünyada ən çox narahatlıq doğuran hadisələrdən biri də iqlim dəyişikliyi prosesidir. İqlim dəyişikliyi prosesi təkcə ətraf mühitə yox, həmçini insanlara da ziyansız ötüşmür.

İqlim dəyişikliyi ilə bağlı problemlərin həlli üçün qlobal səviyyədə tədbirlərin görülməsi məhz bu səbəbdən böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə addımların atılması üçün isə COP29 mühüm bir platformadır. Ölkəmizdə keçiriləcək COP29 konfransı, iqlim dəyişikliyi ilə mübarizə sahəsində daha da böyük addımların atılması üçün mühüm işlərə imza atacaq. Bu konfrans ölkələrin iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərini gücləndirmək və Paris Sazişinin məqsədlərinə çatmaq üçün vacib bir imkandır.

Azərbaycanın təşəbbüskarlığı və COP29-a yüksək səviyyədə hazırlaşması onu sübut edir ki, bu dialoqda iqlim dəyişikliyi prosesi ilə bağlı ciddi addımlar atılacaq.

Qeyd etmək lazımdır ki, bu proses sağlamlığa çox ciddi təsir edir. Təsirlər isə özünü müxtəlif yollarla göstərir - birbaşa və dolayı formada.

Bakıvaxtı.az bu mövzu barədə mütəxəssis rəyi almaq niyyətini əsas tutaraq həkim-terapevtə suallarını ünvanlayıb.

Günay Lətifova, terapevt

Terapevt Günay Lətifova suallarımıza cavab olaraq bildirib ki, hazırda qlobal iqlim dəyişikliyini sağlamlıq üçün ən təhlükəli faktor hesab edir.

“Hazırda xroniki xəstəliklərdən əziyyət çəkən pasientlərdə bu tipli şikayətlərə çox rast gəlinir. Xroniki xəstəliklərdən əziyyət çəkən pasientlərdə iqlim dəyişikliyinin səbəb olduğu günvurma və digər proseslər, adətən, ölümlə nəticələnir. Lakin, sağlam olan pasientlərin də müraciətləri az deyil, bu da fəsadsız ötüşmür. İqlim dəyişikliyi nəticəsində qida məhsullarını keyfiyyəti də aşağı düşür”,- deyə o, əlavə edib.

Müsahibimiz bildirib ki, müraciətlər daha çox günvurma, allergiya və digər dermatoloji problemlərlə bağlı olur. Terapevt günorta saatlarında vacib olmadıqca isti havada hərəkət etməməyi, şikayətləri olduqda mütləq həkimə müraciət etməyi tövsiyə edib.

Bu məsələ ilə bağlı digər bu sual ortaya çıxır – iqlim dəyişikliyi ilə necə mübarizə aparmaq olar?

Bakıvaxtı.az-ın bu sualını isə ekoloq Ənvər Əliyev cavablandırıb.

Ənvər Əliyev, ekoloq

Mütəxəssis planetimizdə belə fəsadların ən əsası arqumenti quraqlıqdır. Müsahibimiz diqqətə çatdırıb ki, meşələrin məhv edilməsinin qarşısını almaq, yenidən meşələşdirmə layihələri həyata keçirmək, Su qıtlığını azaldaraq suyun səmərəli istifadəsi, enerji səmərəliliyini artırmaq, az tullantı yaratmaq, yerli və mövsümi qidalar istehlak etmək və daha az avtomobil istifadə etmək kimi fərdi addımlar atmaq müsbət dəyişikliklərə yol açacaq:

“Dünyamızda baş verən proseslərin böyük bir qismi iqlim dəyişikliyinə səbəb olur. Bu proseslərin qarşısını almaq günü-gündən çətinləşir. Addımlar atmaq üçün isə zaman lazımdır”.

Nəticə onu göstərir ki, iqlim dəyişikliyi ilə bağlı problemlərin həlli üçün qlobal səviyyədə tədbirlərin görülməsi böyük əhəmiyyət kəsb edir. COP29 konfransı da iqlim dəyişikliyi ilə mübarizədə qlobal səyləri birləşdirmək və daha güclü tədbirlər görmək üçün vacib bir platformadır. Bu konfransda qəbul ediləcək qərarlar və öhdəliklər, dünya miqyasında iqlim dəyişikliyinin təsirlərini azaltmaq və davamlı inkişafı təmin etmək üçün böyük əhəmiyyət kəsb edir.

Tədbir gələcək nəsillər üçün daha davamlı bir dünya təmin etmək üçün ciddi addımlar atılacaq bir platformaya çeviriləcək.

Əli Hüseynov


SON XƏBƏRLƏR

07 Oktyabr 2024