• Bakı 18° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Gecə körpənin qidalanması vərdişdir?

CƏMİYYƏT

10 Iyul 2024 | 15:39

Gecə körpənin qidalanması vərdişdir?

"Gecə körpənin qidalanması vərdiş deyil, tələbatdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Yenidoğulanların reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Regina Nemətova nazirliyin canlısında deyib.

Onun sözlərinə görə, körpələr yatarkən qanlarında qlükozanın faizi azalır ki, bu da körpəyə ziyandır.

Mütəxəssis qeyd edib ki, 1-2 ay ərzində ana-ata uşağı tez-tez oyadıb onu yedizdirməlidirlər.

"Yenidoğulan körpə tez yorulur, ona görə ana südünü çox yeyə bilməyib yatır. Bu səbəblə gecə tez-tez oyanıb ağlayaraq yemək istəyə bilər".

Mina Mikayılova

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026