• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Bugünkü imtahanda yüksək nəticə göstərən üç bacı

CƏMİYYƏT

21 Iyun 2024 | 18:46

Bugünkü imtahanda yüksək nəticə göstərən üç bacı

İyunun 21-də Mingəçevir şəhər R.Muradov adına Texniki humanitar liseydə keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində riyaziyyat fənni üzrə bir ailənin 3 üzvü (bacı) 51 baldan yuxarı nəticə göstərib.

Mərkəzi Aran Regional Təhsil İdarəsindən Bakıvaxtı.az-a bildirilib ki, nəticələrə əsasən Ağdaş rayonu Güvəkənd kənd Y.İsmayılov adına tam orta məktəbin riyaziyyat müəllimi Rəhimova Əsbət Məhəmməd qızı 55 bal və Rəhimova Məhsəti Məhəmməd qızı 51 bal toplayıb.

Eyni zamanda digər ailə üzvü, Ağdaş rayonu Cücük kənd tam orta məktəbin riyaziyyat müəllimi Rəhimli Qumral Məhəmməd qızı isə 55 bal toplayıb.


SON XƏBƏRLƏR