Burkina-Fasonun şimal-qərbindəki Bukl-dyu-Muhun bölgəsində terrorçular tərəfindən meşədə saxlanılan 300-dən çox insan hərbçilər tərəfindən azad edilib.
Bakıvaxtı.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Burkina hökumətinin mətbuat katibi Jilber Udraoqo ölkənin milli yayımçısı RTB-yə bildirib.
"Bu məcburi köçkünlər son dərəcə ağır vəziyyətdə aşkar edilib. Onlar qadınlar, uşaqlar və yaşlılar daxil olmaqla 305 nəfərdir. Bu insanlar terrorçularun canlı qalxan kimi istifadə etdikləri qurbanlardır", - o qeyd edib.
Mətbuat katibinin sözlərinə görə, xilas edilənlərə artıq lazımi yardım göstərilir.