Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya səfərə gedib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə xarici siyasət idarəsinin rəhbəri "Facebook" hesabında məlumat verib.
"Antalya Forumundan sonra Ukrayna böhranını həll etmək üçün diplomatik fəaliyyətimizi davam etdirmək məqsədilə Moskvadayıq", - deyə Mövlud Çavuşoğlu yazıb.
Qeyd edək ki, Çavuşoğlu Rusiya səfərindən sonra sabah Ukraynaya gedəcək.
Aytac Aslan















