• Bakı 23° C

    3.08 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Çavuşoğlu NATO-lu həmkarları ilə görüşəcək

DÜNYA

22 Mart 2021 | 10:22

Çavuşoğlu NATO-lu həmkarları ilə görüşəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, 23-24 mart tarixlərində Brüsseldə keçiriləcək NATO Xarici İşlər Nazirləri toplantısında iştirak edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. İclasda 2021-ci il NATO liderlər zirvəsi, İttifaqın siyasi rolunu gücləndirmək üçün həyata keçirilən "NATO 2030" prosesinin qiymətləndirilməsi, həmçinin Avroatlantik bölgənin təhlükəsizliyi ilə əlaqəli inkişaflar və NATO-nun gündəmindəki digər məsələlər müzakirə ediləcək.  

Çavuşoğlunun tədbir çərçivədində bəzi ikitərəfli görüşlər də keçirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR