• Bakı 21° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Ceyhun Bayramov isveçrəli həmkarı ilə görüşdü

SİYASƏT

20 Sentyabr 2023 | 03:06 | Müəllif: Qalib İbrahimoğlu

Ceyhun Bayramov isveçrəli həmkarı ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində İsveçrə Konfederasiyasının federal xarici işlər naziri İqnasio Kassis ilə görüş keçirib.

Bu barədə  Bakıvaxtı.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib

Görüş zamanı, nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşma prosesinin ciddi çağırışlarla üzləşdiyini qeyd edərək regionda baş verən son proseslər ilə bağlı qarşı tərəfi məlumatlandırıb.

Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələrinin bir sıra genişmiqyaslı hərbi təxribatları və terror hücumlarına, mülki əhalinin və hərbçilərimizin həlak olmasına cavab olaraq, tərəfimizdən həyata keçirilən anti-terror əməliyyatı diqqətə çatdırılıb.

Əməliyyatların Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhalinin və hərbçilərimizin təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədi daşıdığı, heç bir halda mülki əhalinin hədəf alınmadığı bildirilib.

Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolunun erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılması olduğu vurğulanıb.

Ermənistanın ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlardan sui-istifadə etmək üçün bölgədə guya "blokada" və "humanitar böhran"ın mövcudluğu haqqında yalan və əsassız iddialarla Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaqla məşğul olduğu və Azərbaycan ərazisində separatizmi bütün mümkün ideoloji, siyasi, hərbi, maliyyə və digər vasitələrlə qoruyub saxlamağa çalışdığı bildirilib.

Ermənistanın gözləntilərinin əksinə, BMT TŞ-nin əksər üzvlərinin humanitar yardımın çatdırılmasının siyasiləşdirilməsinə qarşı çıxdığı, bu cür yük daşımaların həyata keçirilməsi üçün bütün marşrutların açılmasına çağırdıqları, bütün bunlara baxmayaraq Ermənistanın siyasi manipulyasiyaları davam etdirdiyi və qonsarma iddiaları yaydığı diqqətə çatdırılıb.

Nazir İqnasio Kassis İsveçrə tərəfinin neytrallıq prinsiplərinə əsaslanaraq Azərbaycanla Ermənistan arasında sülh prosesinə töhfə verməyə hazır olduğunu diqqətə çatdırıb.

Görüş zamanı, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb


Ceyhun Bayramov isveçrəli həmkarı ilə görüşdüCeyhun Bayramov isveçrəli həmkarı ilə görüşdü
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026