• Bakı 20° C

    7.96 m/s

  • USD - 1.7

    EUR - 1.8131

    RUB - 0.0182

Ceyhun Bayramov və Lavrov Ermənistanla sərhədin delimitasiyasını müzakirə edib

SİYASƏT

23 May 2022 | 18:43

Ceyhun Bayramov və Lavrov Ermənistanla sərhədin delimitasiyasını müzakirə edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Bakıvaxtı.az-a verilən xəbərə görə, nazirlər bölgədə mövcud olan cari vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən bölgədə bütün kommunikasiya xətlərinin açılması, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin ikitərəfli gündəliyin aktual mövzuları və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.


SON XƏBƏRLƏR

22 Aprel 2024