"Changan" avtomobil konserni "Hyundai"nin Çuntsin avtomobil zavodunun satın alınmasını başa çatdırıb və bu zavod "Deepal" modellərinin buraxılış platforması olacaq.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Carnewschina.com portalında məlumat verilib.
"Deepal" avtomobil brendi "Changan"ın strukturuna daxildir.
Qeyd edilir ki, aktiv 1.62 milyard yuan (təxminən 380 milyon manat - red.) məbləğində yekun qiymətə satılıb. "Deepal" bildirib ki, brendin bu obyektin istifadəsi ilə bağlı planı var. Lakin zavodda məhz hansı modelin buraxılacağını və istehsalın nə vaxt başlayacağını açıqlanmayıb.
"Deepal"ın artıq Nankin və Pekində böyük istehsal platformaları var.
Yeni zavodun əlavə edilməsi artan satışlar fonunda brendin istehsal konturunu genişləndirir: 2024-cü ilin oktyabr ayında 36792 avtomobil satılıb, yanvar-oktyabr ayları üçün ümumi satış həcmi isə illik ifadədə 57.1% artıb.
Oxu.Az
Bakı 



