• Bakı 25° C

    4.73 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

CHP sədri Əliyevlə görüşəcəyini açıqladı

DÜNYA

31 May 2024 | 18:21 | Müəllif: Subhan Mahmudov

CHP sədri Əliyevlə görüşəcəyini açıqladı

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl Azərbaycan, Rusiya və Çinə səfər edəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, partiya sədri “Sözçü” qəzetinə müsahibəsində bildirib ki, yalnız Avropa İttifaqına (Aİ) daxil olan ölkələrlə əlaqələr qurmur.

Onun sözlərinə görə, səfər edəcəyi hər üç ölkənin rəhbərləri ilə görüşləri baş tutacaq.

"Səfərlər bu gün və ya sabah olmayacaq, amma mütləq olacaq", - partiya sədri bildirib.

O, müsahibəsində iyunun 9-dan sonra Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini də vurğulayıb.

Xatırladaq ki, aprelin 17-də CHP-nin sədri Özgür Özəl Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında çıxış edərkən Azərbaycana dəstəyini ifadə etmişdi.

Bundan başqa, fevralın 17-də ana müxalifət partiyasının lideri Azərbaycan Prezidenti İlham Əliyevi seçkilərdəki qələbə münasibətilə təbrik etmişdi./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026