• Bakı 21° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Çində günəşi daha yaxından izləyəcəklər

DÜNYA

12 May 2024 | 10:32 | Müəllif: Subhan Mahmudov

Çində günəşi daha yaxından izləyəcəklər

Çin Günəşdən gələn yüklü hissəciklərin axınını müşahidə etmək üçün nəhəng radioteleskopun tikintisini başa çatdırıb.

Bakıvaxtı.az xəbər verir ki, güclü astronomik alət texniki sınaqlardan uğurla keçib.

Layihəyə Çin Elmlər Akademiyasının Milli Kosmik Tədqiqatlar Mərkəzi nəzarət edib. Obyekt Çinin şimalındakı Daxili Monqolustan Muxtar Bölgəsində yerləşir.

Bu teleskop sayəsində çinli mütəxəssislər günəş küləyinin təsiri altında uzaq mənbələrdən gələn radiosiqnallarda dalğalanmaların gündəlik müşahidələrini aparacaqlar.

Belə monitorinqin aviasiya, aerokosmik layihələr, rabitə, naviqasiya və enerji sistemlərinin işinə mənfi təsir göstərən maqnitosfer və ionosferdəki dəyişikliklərə vaxtında reaksiya verməyə imkan verəcəyi gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026