• Bakı 27° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Çingiz Əhmədov da "Space TV"dən getdi

CƏMİYYƏT

10 Mart 2023 | 13:51

Çingiz Əhmədov da "Space TV"dən getdi

Əməkdar artist Çingiz Əhmədov da "Space TV"dən gedib. 

Bakıvaxtı.az xəbər verir ki, aktyor bu haqda "Səhər mərkəzi" verilişində deyib. O bildirib ki, proqramı Günel Həsənzadə aparır:

"Beş ay fəaliyyət göstərdim və Günelə təhvil verdim. Abıra saldım, reytinqə mindirdim, sonra da verdim... Sentyabrdan tok-şouda olacağam".

Qeyd edək ki, Ç.Əhmədov sözügedən kanalda "Nuşi can" verilişinə aparıcılıq edirdi. 

Xatırladaq ki, fevralın 7-də Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov "Space TV"nin direktoru vəzifəsindən gedib. Onun vəzifəsini kanalda "Parni iz Baku” KVN komandasının keçmiş üzvü Vado Korovin əvəz edir. Ondan sonra bir çox aparıcı kanaldan uzaqlaşıb. Kanalda bundan sonra yumor xarakterli proqramlar yayımlanacağı bildirilib. 


Çingiz Əhmədov da "Space TV"dən getdi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026