Daha bir ölkədə meymunçiçəyi virusuna rast gəlinib.
Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, Braziliyada meymunçiçəyinə ilk yoluxma halı aşkarlanıb. Virusun Portuqaliya və İspaniyaya səfər etmiş və meymunçiçəyi virusu şübhəsi ilə Sao Paulo şəhərində xəstəxanaya yerləşdirilən 41 yaşlı şəxsdə aşkarlandığı təsdiqlənib. Məlumata görə, həmin şəxs hazırda Emilio Ribas xəstəxanasında karantindədir və onun təmasda olduğu şəxslər isə müşahidə altındadır.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus meymunçiçəyi virusuna yoluxanların sayının endemik olmayan ölkələrdə mini keçdiyini açıqlayıb.
Aytac Aslan
















