• Bakı 14° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Daha bir tanınmış idmançı ölkəni tərk etdi

İDMAN

06 Oktyabr 2022 | 11:09

Daha bir tanınmış idmançı ölkəni tərk etdi

Rusiyanın idman gimnastikası üzrə dördqat Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Mariya Paseka ölkəsini tərk edib.

Bakıvaxtı.az xəbər verir ki, 27 yaşlı atlet bu barədə sosial şəbəkə hesabında bildirib.

Paseka hazırkı dönəmdə Rusiyada özünü inkişaf etdirə bilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, Beynəlxalq Gimnastika Federasiyası 2022-ci ilin sonunadək Rusiya təmsilçilərinin yarışlarda iştirakına qadağa qoyub. Mariya Paseka 2012-ci ildə London Olimpiadasında gümüş və bürünc, 2016-cı ildə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iki bürünc medal qazanıb. Gimnast ikiqat dünya və üçqat Avropa çempionudur.

Daha əvvəl Rusiyanın sinxron üzgüçülük üzrə 5 qat Olimpiya çempionu Anastasiya Davidova da ölkəni tərk edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026