• Bakı 30° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Daşkəsəndə DƏHŞƏT: Qayınata gəlinini öldürdü

HADİSƏ

22 Avqust 2022 | 13:35 | Müəllif: Subhan Mahmudov

Daşkəsəndə DƏHŞƏT: Qayınata gəlinini öldürdü

Daşkəsən rayonunda gəlinini qəsdən öldürməkdə şübhəli bilinən qayınata tutulub.

Bu barədə Bakıvaxtı.az-a Daşkəsən Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, avqustun 22-i, saat 11 radələrində Daşkəsən rayonunun Bayan kəndi ərazisində 1993-cü il təvəllüdlü Nəzakət Həsənovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin qaynatası 1964-cü il təvəllüdlü Məhəmmədəli Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nəzakət Həsənovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məhəmmədəli Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq tədbirləri davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026